Artıq çəki ömrü 14 il qısaldır
Bizi izləyin

Sağlamlıq

Artıq çəki ömrü 14 il qısaldır

Artıq çəki ömrü azaldır. Yeni tədqiqatların nəticəsinə görə, artıq çəki ömrü düz 14 il azaldır. Piylənmədən dünyasını dəyişənlər arasında 100000 nəfərdən 509-u kişi, 382-si isə qadın olur. Təbii ki, çəkinin azalması səhhəti düzəldə bilər, piylənmənin ümumiyyətlə olmaması isə ömrü uzadır.

Tədqiqatçılar hesablayıblar ki, normal çəkiyə malik insanlara nisbətən ağır piylənmədən əziyyət çəkənlərin ömrü orta hesabla 6,5-13,7 il qısalır.

Piylənmənin dərəcəsini BKİ (Bədən kütləsi indeksi) ilə hesablayırlar. Bu piy kütləsi, boy və adamın ümumi kütləsinin tənasübüdür. Məsələn, 162 sm boyu, 106,5 kq çəkisi olan adamın BKİ-si 40-a bərabərdir, bu isə ağır piylənmə hesab edilir. Yaxud 127 kq çəki və 155 sm boyda BKİ 40-a bərabərdir. Müqayisə üçün, 18,5 və 24,9 arasındakı göstərici normal çəkiyə uyğun gəlir.

Ağır piylənmə halları son vaxtlar dünya əhalisi arasında artmaqdadır. Bu xəstəliyin qarşısını almaq üçün effektiv müalicə kursları var. Amma ən yaxşısı, lap əvvəldən belə halın yaranmamasına çalışmaqdır.

Piylənmə çox zaman ürək xəstəlikləri, xərçəng, diabet, böyrək və qaraciyər xəstəlikləri yaradır. /milli.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm