Darçın Parkinson xəstəliyindən qoruyur
Bizi izləyin

Sağlamlıq

Darçın Parkinson xəstəliyindən qoruyur

Raş Universiteti nəzdindəki tibb mərkəzinin mütəxəssisləri müəyyən ediblər ki, adi darçının təbabət üçün son dərəcə faydalı xüsusiyyətləri vardır.

“AzərTAc”ın xəbərinə görə, onun tərkibinə daxil olan maddələr insanın baş beynində degenerativ prosesləri ləngidir. Darçın Parkinson xəstəliyindən əziyyət çəkən xəstələrə daha faydalıdır.

Tədqiqatlar zamanı müəyyən olunub ki, darçın yeyilən zaman orqanizmdə natrium benzoat əmələ gəlir. Bu maddə baş beyinə rahat daxil olaraq sinir toxumasının qorunmasına cavabdeh olan zülalların dağılması prosesini yavaşıdır.

Qeyd edək ki, bu zülallar parkinsonizm zamanı ciddi xəsarət alır. Eksperiment laboratoriya siçanları üzərində aparılıb. Məlum olduğu kimi, siçanlar ilə insanın sinir sistemi eyni qanunlara tabedir.

Alimlər hesab edirlər ki, bu kəşf Parkinson xəstəliyinin inkişafını yavaşıdan ən təhlükəsiz vasitəni işləyib hazırlamağa kömək edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm