• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

90 kq istifadəyə yararsız məhsul məhv edildi

90 kq istifadəyə yararsız məhsul məhv edildi

Azərbaycanın müxtəlif bölgələrində mağazalardan götürülmüş 90 kq-dan çox yararsız məhsul məhv edilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakı, Sumqayıt, Gəncə, İmişli, Şirvan, Lənkəran, Qax, Oğuz və Ağdamda mağazalarda saxlama müddəti ötmüş və istifadəyə yararsız malların satıldığı aşkarlanıb.

Ümumilikdə, monitorinqlər zamanı 90 kq-dan artıq saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR