“Ağıllı” linzalar diabetli xəstələrə kömək edəcək
Bizi izləyin

Sağlamlıq

“Ağıllı” linzalar diabetli xəstələrə kömək edəcək

Google "ağıllı” linzaların hazırlanması ilə məşğul olmağa başlayacaq. Və bu linzalar gələcəkdə diabet xəstələrinin həyatını xeyli yaxşılaşdıracaq. Qeyri-adi linzalar, hər şeydən əvvəl, diabet xəstələri üçün nəzərdə tutulub.

Onlar real vaxt rejimində heç bir deşik açmadan qanın tərkibində olan şəkərin miqdarı haqqında informasiya almağa imkan verəcək. Texnologiya həmçinin "irəli çəkilmiş” rejimdə görmə qabiliyyətini tənzimləyə biləcək. Xatırladaq ki, Google yeni linzaların ilk sınaq nümunəsini hələ bu ilin yanvarında nümayiş etdirmişdi. O, smartfon və ya planşetlə birlikdə qoşulur, linzadakı ötürücü isə çox kiçikdir və görüntüyə mane olmur.

Novartis şirkətinin başçısı Co Himenes qeyd edib ki, iki şirkətin əməkdaşlığı Google-nin "yüksək texnologiyaları” və İsveçrə şirkətinin biologiya sahəsində geniş biliklərinin birləşdirilməsinə gətirib çıxaracaq. Himnes həmçinin əlavə edib ki, qeyri-adi göz linzaları kameraların obyektivlərindəki avtofokus kimi görmə qabiliyyəti ilə işləyə bilir.

Qeyd edək ki, dünya üzrə əhalinin 5-9 faizi diabet xəstəsidir. Google şirkəti son vaxtlar insanların sağlamlığı ilə ciddi məşğul olmağa başlayıb. Google I/O-nun bu yaxınlarda keçirilən konfransında orqanizmin vəziyyətinin və onun bədənə qoşulan elektronika vasitəsilə hərəkət aktivliyinin monitorinqi üçün nəzərdə tutulan Google Fit platforması təqdim olunub.

Daha əvvəllər məlum olub ki, bu axtarış nəhəngi Ray-Ban və Oakley eynəklərini istehsal edən İtaliyanın Luxottica şirkəti ilə müqavilə imzalayıb. Gözlənilir ki, şirkət daha zərif sağanaqlarda Google Glass-in yeni modellərinin hazırlanması və satışı ilə də məşğul olacaq.

Google Glass – xüsusi displeydə istifadəçinin onun vizual olaraq təmasda olduğu obyektlər haqqında informasiya almasına imkan verən elektron eynəklərdir. Eynəkdə başa bərkidilən və sağ gözdən azca yuxarıda yerləşdirilən şəffaf displey və yüksək keyfiyyətli video yazan kameradan istifadə edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm