Sağlamlıq
Hava proqnozu - 19 iyul
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu,
yağmursuz keçəcək. Temperatur gecə 22-26°, gündüz 33-38° isti,
Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer
təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə
65-75, gündüz 30-40 faiz təşkil edəcək.
Dəniz suyunun temperaturunun Abşeron çimərliklərində - Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zuğulba, Mərdəkan,
Şüvəlan, Buzovnada 27-28°, Türkan, Hövsan, Şıx və Sahildə 28-29°
isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək,
lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli
yağış yağacağı ehtimalı var. Temperaturun gecə 17-22°, gündüz
32-37° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava,
əsasən, yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək
çaxacağı, yağış yağacağı ehtimalı var. Temperaturun gecə 11-16°,
gündüz 23-28° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin axşam bəzi
yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 18-23°, gündüz 30-35° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
hava, əsasən, yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə
şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Temperaturun gecə
16-21°, gündüz 26-32° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında hava yağmursuz olacaq.
Temperaturun gecə 21-26°, gündüz 34-39° isti olacağı
gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava
yağmursuz keçəcək. Temperaturun gecə 20-25°, gündüz 30-35° isti,
dağlarda gecə 13-18°, gündüz 24-29° isti olacağı gözlənilir.
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin