Dünyanı bu bəladan pişiklər xilas edəcək
Bizi izləyin

Sağlamlıq

Dünyanı bu bəladan pişiklər xilas edəcək

Toksoplazmoz adlı bir xəstəlik onkoloji xəstənin sağalmasına yardım olur. Mütəxəssislər bu virusun əsasında yaradılmış preparatı xəstənin hüceyrələrinə yeritməyi düşünürlər. Sonra əldə edilmiş peyvəndi xərçənglə mübarizə məqsədi ilə vuracaqlar. Hər bir peyvənd şəxslər üçün individual olaraq hazırlanacaq.

Toksoplazmoz xəstəliyini adətən aşkar etmək çətin olur. Bir çox simptomlarına görə qripə bənzəyir. Lakin immun zəifliyi zamanı ölüm kimi ciddi nəticələrə də gətirib çıxara bilir. Digər tərəfdən isə toksoplazmoz xərçəngin sağaldılması üçün faydalıdır.

Dünya əhalisinin 65%-i toksoplazma daşıyıcısıdır. Bəzi ölkələrdə bu xəstəliyin sayı digərlərindən daha çoxdur.

Bəs pişiklərin nə dəxli? Məlum olub ki, toksoplazmoz xəstəliyi bu balaca və sevimli heyvanlar vasitəsi ilə keçir.

Alimlər aşkar ediblər ki, orqanizmə toksoplazma düşən zaman immun sistemi hərəkətə keçir və T-killer kimi sitotoksiki hüceyrələr istehsal etməyə başlayır. Bu hüceyrələr parazitlərə yoluxmuş bölgələri və xərçəng hüceyrələrini məhv edir. Xərçəng yaranan zaman orqanizmin funksiyaları nəzərə çarpacaq dərəcədə azalır. Bədəndə toksoplazmoz peyda olan kimi isə immun sistemi aktivləşməyə başlayır. Mutant parazit ummun sisteminə impuls verir və hüceyrələri xərçəngə qarşı mübarizə istiqamətində proqramlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm