Stressdən necə qurtulaq?
Bizi izləyin

Sağlamlıq

Stressdən necə qurtulaq?

Stresin qarşısını almaq və ya zərərini azaltmaq üçün enerjini hər hansı bir istiqamətə yönəltmək lazımdır. Bunun üçün insan sosial fəaliyyətlə məşğul olmalı, təbiətlə təmasda olmalı, idman etməlidir və s. Stress bir enerjidir, insan onu ya mənfiyə, ya da müsbətə doğru yönəldə bilər”.

Özünüzü lazımsız hiss edirsiniz? Həmişə zövq aldığınız məşğuliyyətdən artıq zövq almırsınız? Hər hadisənin yalnız pis tərəfini görürsünüz? Hər zaman əsəbi və aqressivsiniz? Əgər bu sualların əksəriyyətinə cavabınız “bəli”dirsə, deməli, streslisiniz. Stress hər bir insanın qarşılaşdığı haldır. Bizim narahat olduğumuz mühitdə orqanizmimizin verdiyi reaksiyadır. Stressiz insan yoxdur. Çünki heç kəs ətrafında baş verənlərə laqeyd qala bilməz. Psixoloq Orxan Oruc deyir ki, stresi enerji kimi də düşünmək olar: “Bəzən bu enerji aqressiya formasında başqa insana və ya əşyaya qarşı, hətta bəzən insanın özünə qarşı belə, yönələ bilər. Bəzən isə sıxılıb saxlanılmış stress insanın hər hansı bir orqanının sıradan çıxmasına da səbəb ola bilir. Beləliklə, stresin qarşısını almaq üçün və ya zərərini azaltmaq üçün enerjini hər hansı bir istiqamətə yönəltmək lazımdır. Bunun üçün insan sosial fəaliyyətlə məşğul olmalı, dostları ilə görüşməli, təbiətlə təmasda olmalı, idman etməli və yaxud ən azından gün ərzində bir neçə kilometr piyada gəzməlidir”.

Psixoloq deyir ki, insanın müalicə zamanı stresdən qurtulacağına inanması əsas faktorlardan biridir: “Məsələn, bəzən psixoloq heç bir zərəri və heç bir faydası olmayan dərman preparatı verərək xəstəni müalicə edir. Burada əsas olan xəstənin inanmasıdır”. Gəlin gücümüzü toplayaq, səbrimizi qoruyaq; ailəmiz üçün, dəyərli olduğumuz insanlar üçün, bizdən yeni oyunlar gözləyən övladlarımız üçün. Beşgünlük ömrümüzü israf etməyək. Səbirli və mübariz olaq.

Özünüzü həmişə yorğun hiss edirsiniz? Səhər gözünüzü yuxudan yorğun açırsınız? Fikrinizi cəm edə bilmirsiniz? Çox zaman baş ağrılarınız olur? Özünüzü lazımsız hiss edirsiniz? Həmişə zövq aldığınız məşğuliyyətdən artıq zövq almırsınız? Yuxusuzluqdan əziyyət çəkirsiniz? Hər hadisənin yalnız pis tərəfini görürsünüz? Ətrafınızdakı insanlarla pis rəftar edirsiniz? Hər zaman əsəbi, aqressiv, qaraqabaqsınız? Əgər bu sualların əksəriyyətinə cavabınız “bəli”dirsə deməli, streslisiniz. Stress hər bir insanın qarşılaşdığı haldır. Bizim narahat olduğumuz mühitdə orqanizmimizin verdiyi reaksiyadır. Stressiz insan yoxdur. Çünki heç kəs ətrafında baş verənlərə laqeyd qala bilməz. Reaksiyasız, yəni dolayısı ilə, ümumiyyətlə, stressiz birisi canlı deyil, ölüdür. İfrat stress isə bizi içdən gəmirir, yüksək təzyiq, ürək-damar, həzm sistemi, sümük ərimələri, şəkər, bədəndə duzlaşma, saçların erkən tökülməsi, əsəb pozğunluğu və s. kimi orqanizmi zədələyən xəstəliklərə səbəb olur.

Hər şeyin bir səbəbi var, bəs görəsən stresin səbəbi nədir? Bu sualın cavabını bilmək üçün psixoloq Orxan Orucun fikirlərini öyrəndik. O bildirdi ki, maddi problemlər, ağır və fasiləsiz iş rejimi, qeyri-taraz həyat tərzi, işsizlik, ailə-məişət problemləri, ekoloji çirklilik, tıxaclar, ayaqüstü qidalar belə stress qaynağıdır. Stresdən xilas olmaq üçün insan, ilk növbədə, yaranmış problemin qaynağının stress olduğunu dərk edə bilməlidir: “Bundan əlavə, stresi enerji kimi də düşünmək olar. Bəzən bu enerji aqressiya formasında başqa insana və ya əşyaya qarşı, hətta bəzən insanın özünə qarşı belə yönələ bilər. Bəzən isə sıxılıb saxlanılmış stress insanın hər hansı bir orqanının sıradan çıxmasına da səbəb ola bilir. Beləliklə, stresin qarşısını almaq üçün və ya zərərini azaltmaq üçün enerjini hər hansı bir istiqamətə yönəltmək lazımdır. Bunun üçün insan sosial fəaliyyətlə məşğul olmalı, dostları ilə görüşməli, təbiətlə təmasda olmalı, idman etməli və yaxud ən azından gün ərzində bir neçə kilometr piyada gəzməlidir. Xüsusilə iş rejiminə diqqət etməli, özünü əlavə yükləməməyə çalışmalıdır”.

İnam əsas faktorlardan biridir

Son dövrlərin ən böyük problemi olan sonsuzluqda da stresin böyük payı var. Yeni ailə qurmuş gənclərin evsizlik, işsizlik məsələləri, gələcəklə bağlı maddi qayğıları onların yenicə qurduqları cənnət yuvalarını stress yuvasına çevirir. Eləcə də əsrin bəlası narkomaniya. Streslə mübarizə aparmaq üçün iradəsi zəif olanlar məhz bu yolu seçirlər - bəyaz ölümü. Ən yüngül formada isə spirtli içki alüdəçisinə çevrilirlər.

Psixoloq onu da qeyd etdi ki, üst-üstə yığılan stress bir müddətdən sonra depressiyaya çevrilə bilir: “Bu zaman onun aradan qaldırılmasına daha uzun müddət və əlavə təsiredicilər lazım ola bilər. Lakin dərman vasitələri həmin anı yaxşılaşdırsa da, insan beynindəki əsas problemi həll etmir. Ona görə də yaxşı olar ki, insanda stresin kökü tapılıb, ona görə müalicə edilsin. Həmin səbəb təbii yolla müalicə edilsə, daha yaxşı olar. Psixoloqlara görə, bu müalicə üsulları fərqlidir. Məsələn, bəzi psixoloqlar dərman vasitələrinə, bəziləri isə təbii yollarla müalicəyə üstünlük verirlər. Stresli vəziyyətdə olub, onun səbəbini tapıb həll edə bilməyən bir insan üçün ən yaxşısı odur ki, vaxtında psixoloqa müraciət edib, psixoloji yardım alsın. Bundan əlavə, xəstənin müalicə zamanı stresdən qurtulacağına inanması əsas faktorlardan biridir. Məsələn, bəzən psixoloq heç bir zərəri və heç bir faydası olmayan dərman preparatı verərək xəstəni müalicə edir. Burada əsas olan xəstənin inanmasıdır. Təbii ki, psixoloqun dərman vasitəsini stresdən əziyyət çəkən insana necə təqdim etməsi də çox önəmlidir. Məsələn, dərman xəstəyə psixoloq tərəfindən elə müsbət bir emosiya ilə təqdim olunar ki, müalicənin effekti daha da yüksələr.

Cəmiyyət içində olarkən də stresin fəsadları ilə tez-tez qarşılaşırıq. İctimai nəqliyyat vasitələrinin sürücüləri elə bil döyüşə çıxırlar və ya çiyninə yavaşca toxunduğumuz birindən elə reaksiya görürük sanki ona ciddi xəsarət yetirmişik. İnsanların simasından laqeydlik, əsəbilik yağır, hamı harasa tələsir, yaşlı insanların avtobusa minməsinə nədənsə sürücünün səbri çatmır, çoxları isə piyada keçidinin adının niyə “piyada keçidi” olduğunu unudurlar.

Stress bizi həyatın gözəlliklərindən, işimizdən, sevdiklərimizdən, ailəmizdən, uşaqlarımızdan, bizi bizdən soyudur. Beləliklə, bütün dünya gözümüzə ağ-qara görünür, insanlarla pis rəftar edirik, əsəbiləşməyə, ağlamağa, nəyisə vurub sındırmağa bəhanə axtarırıq. Ən xırda bir problem qarşısında təslim olub, məğlub oluruq.

Səbirli və mübariz olaq

Orxan Orucun sözlərinə görə, Azərbaycanda psixoloqa müraciət azdır, bunun səbəbi isə tək insanlarımızda deyil, psixoloji xidmətlə bağlı bu vaxta qədər olan boşluğa görədir: “Artıq televiziyanın, serialların və maarifləndirici verilişlərin sayəsində təbliğ olunur ki, psixoloqa getmək heç də ayıb bir şey deyil. Necə ki, bir daxili orqanımız narahat olanda terapevtə müraciət edirik, elə də ruhi sağlamlığımızda narahatçılıq olanda psixoloqa müraciət etməliyik. Bugünkü hal ilə 5-6 il əvvəlki vəziyyət heç də eyni deyil, artıq insanlar psixoloqa müraciət edirlər. Əvvəllər insanlar psixoloq ilə psixiatrı qarışdırırdılar. Psixiatr ağırlaşmış formada olan psixoloji problemləri müalicə edir, psixoloq isə gündəlik həyatımızda, qərar vermə çətinliklərində, ünsiyyət problemlərində, özünü analiz etmədə hər bir insana yardımçı ola bilər. Psixoloq əslində qeyri-adi bir şey etmir. Sadəcə, insana yardımçı olur ki, özünü kənardan görə bilsin. Bunu belə bir misal ilə desək, daha izahedici olar. Məsələn, toy məclislərində, şənliklərdə hamımız rəqs edirik və həmin vaxt düşünürük ki, normal rəqs edirik, ritmlərə uyğun hərəkət edirik və s. Lakin daha sonra həmin video görüntülərə baxanda rəqs zamanı özümüzü tənqid edib, qüsurlarımızı görürük. Psixoloq da həmin kamera kimidir. İnsana özünü göstərir. Kənardan insana özünü görməyə köməklik göstərir. Psixoloq, sadəcə olaraq, narahatçılıqları analiz edərək, insanın düzgün qərar verməsinə köməklik göstərir”.

Gəlin gücümüzü toplayaq, səbrimizi qoruyaq, ailəmiz üçün, dəyərli olduğumuz insanlar üçün, bizdən yeni oyunlar gözləyən balalarımız üçün. İşləməyi bacardığımız kimi, istirahəti də bacaraq. Beşgünlük ömrümüzü israf etməyək. Səbirli və mübariz olaq. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm