• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Pomidor qocalmağa qoymur

Pomidor qocalmağa qoymur

Arıq və ideal bədən quruluşu hər şeyi həll etmir. Belə ki, onu qorumağın və gənc qalmağın da yollarını bilmək labüddür. Məsələn, pomidorun tərkibindəki maddələr gözəllik və gənclik qaynağıdır. Onun sayəsində yaşlanmanı ləngitmək mümkündür.

Qırmızı enerjinin rəngidir, elə buna görə də pomidor həyatımızda mütləq olmalıdır. Tərkibindəki maddələr dəriyə gözəllik və təravət bəxş edir. Pomidor təkcə mövsümündə yeyilməli, başqa fəsillərdə isə konservası yaxud da pürəsi yeyilə bilər.

Nar antioksidantı ən yüksək qidalardan biridir. Gündə ən az yarım porsiya nar gənclik və gözəllik üçün önəmlidir.

Narıncı bitkilər: yerkökü, xurma, quru qaysı kimi məhsullar antioksidantla zəngin olduğu üçün onlar da gözəllik mənbəyidir. Armud, alma, heyva, kərəviz, soğan, sarımsaq kimi qidalar da mütləq yeyilməlidir. Qəhvəyi qidalar arasında yer alan kakao və qəhvə də sağlamlıq üçün faydalıdır. Gün ərzində maksimum 2 fincan içmək olar. Çünki qəhvə dərini qurudur.

Yaşıl göy-göyərti də mütləq yeyilməlidir. Xüsusən də kivi C vitamin ilə çox zəngin meyvədir.

Qara bitkilər: qara üzümün də antioksidant xüsusiyyəri var. Mövsümündə hər gün mütləq yeyilməlidir.

Arıq və gənc qala bilmək üçün şirniyyat yerinə, qara üzüm yemək məsləhətdir.

Suyu ancaq yay aylarında deyil, soyuq havalarda da içmək lazımdır. Hər gün mütləq 10 stəkan su içilməlidir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR