Sünnət etdirən kişinin cinsi orqanını kəsdilər
Bizi izləyin

Sağlamlıq

Sünnət etdirən kişinin cinsi orqanını kəsdilər

ABŞ-ın Alabama ştatında yaşayan bir kişi sünnət əməliyyatından ayıldıqda həkimlərin onun cinsi orqanını tamamilə kəsdiyini öyrənib. 56 yaşlı Conni Li Banks onun səhvən onun cinsi orqanını kəsən həkimi məhkəməyə verib.

Kişinin nəyə görə sünnət olunduğu məlum deyil. Lakin 1 ay bundan qabaq əməliyyat olunan Conni hazırda Alabama Urologiya Mərkəzində müalicə alır. Kişinin sözlərinə görə, həkim əvvəlcədən ona cinsi orqanının amputasiya ediləcəyi haqda məlumat verməyib və o buna heç zaman razılıq belə verməzdi.

Belə bir hadisə 2011-ci ildə Kentukki ştatında da baş verib. xərçəng xəstəliyinə görə həkim kişiyə sünnət əməliyyatı göstərmək əvəzinə onun cinsi orqanının çox hissəsini kəsib götürüb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm