Eşitmə hissinin zəifləmə səbəbi
Bizi izləyin

Sağlamlıq

Eşitmə hissinin zəifləmə səbəbi

Uşaqların eşitmə hissinin pisləşməsi ilə depressiyanın artması arasında əlaqə artıq təsdiq olunub. Ancaq həmin tədqiqatı eynilə böyüklərə şamil etmək üçün məlumat az idi.

AMA Otolaryngology-Head & Neck Surgery" jurnalında dərc olunan məqalədə həmin məsələ öz əksini tapıb.

Doktor Çuan-minq Li və həmkarlarının keçirdiyi araşdırmalarda yaşları 18-dən yuxarı olan 18 min nəfər iştirak edib. Araşdırmalarda alimlər depressiya səviyyəsinin eşitmə hissinə təsirini öyrəniblər. Məlum olub ki, eşitmə hisslərinin pozulduğunu etiraf edənlərdə depressiya səviyyəsi 11,4% olub.

Qadınlarda depressiya ilə eşitmə zəifliyi arasında bağlılıq kişilərlə müqayisədə daha çox olub.

Bəzi faktorlar, o cümlədən orqanizmin spesifik sağlamlığı və depressiyanın artma riski qeydə alındıqdan sonra tədqiqatçılar bu qənaətə gəliblər ki, doğrudan da, karlıq ilə depressiya arasında bağlılıq var. Bu bağlılıq qadınlar arasında daha çox hiss olunur. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm