Beynəlxalq ekspertlər ebola üçün toplandı
Bizi izləyin

Sağlamlıq

Beynəlxalq ekspertlər ebola üçün toplandı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri ölümcül Ebola xəstəliyinin yayılmasını müzakirə etmək üçün toplantı keçirir.

Publika.az-ın məlumatına görə, İsveçrənin Cenevrə şəhərində keçirilən toplantının iki gün davam edəcəyi gözlənilir. Toplantıda xəstəlik barədə qlobal səviyyədə fövqəladə vəziyyətin elan edilməsi barədə qərar veriləcək.

Bundan savayı Liberiyada Ebolaya tutulan iki amerikalı eksperimental dərman qəbul edəndən sonra deyilir ki, onların səhhəti yaxşılaşmaqdadır.

Ebola xəstəliyini aşkar edən Professor Peter Piot deyir ki, Qərbi Afrikada bu xəstəliyini qabağını almaq üçün bu cür dərmanlardan daha geniş istifadə olunmalıdır.

Fevralda başlayan və artıq dörd ölkəyə yayılan xəstəliyə görə artıq 900-a yaxın adam həyatını itirib.

Simptomlar
• Yüksək temperatur, qanaxma və mərkəzi sinir sisteminə zərər
• Ölüm dərəcəsi 90 faizədək qalxa bilər, amma hazırda təxminən 55 faizdir
• İnkubasiya müddəti 21 gündür
• Vaksin və ya müalicəsi yoxdur

Bu arada British Airways hava nəqliyyat şirkəti Liberiyadan və Sierra Leone-dan Londona və əks istiqamətdə uçuşları avqustun sonunadək dayandırdığını bildirib.

Bundan əvvəl British Airways həftədə dörd dəfə London Heathrow aeroportundan Liberiya vasitəsilə Sierra Leone-a uçurdu. /BBC/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm