“Ebola” virusunun Azərbaycanda yayılması barədə – AÇIQLAMA
Bizi izləyin

Sağlamlıq

“Ebola” virusunun Azərbaycanda yayılması barədə – AÇIQLAMA

“Ebola” virusu ilə bağlı hələ ki, bizə Beynəlxalq Epizodik Büronun bülleteni göndərilməyib.

Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova deyib.

O bildirib ki, “Ümumdünya Heyvan Sağlamlıq Təşkilatının (Beynəlxalq Epizodik Büro) həftəlik bülletenlərində Təşkilata üzv olan ölkələrin epizodik vəziyyətləri barədə məlumat verilir. Hazırda 178 ölkə bu Təşkilatın üzvüdür. Həmin ölkələrdəki məlumatlar Beynəlxalq Epizodik Büroya ötürülür. Həftəlik bülletenlərdə dünyanın hansı ölkəsində hansı xəstəlik baş verirsə o barədə məlumatlar öz əksini tapır”.

S.Rüstəmova onu da vurğulayıb ki, alimlər tərəfindən həmin virusun mənbəyi olduğu söylənilən qorilla və kiçik bonobo şimpanzeləri Azərbaycana gətirilmir. /bizimyol.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm