Hava proqnozu - 11 avqust
Bizi izləyin

Sağlamlıq

Hava proqnozu - 11 avqust

Bakıda və Abşeron yarımadasında

Hava dəyişkən buludlu, yağmursuz keçəcək. Temperaturun gecə 23-27° isti, gündüz 30-35° isti, Bakıda gecə 24-26° isti, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı - 755 mm civə sütunu, nisbi rütubət gecə 75-85 faiz, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27° isti, Türkan, Hövsan, Şıx, Sahildə 27-28° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında

Əsasən yağmursuz keçəcək. Temperaturun gecə 19-24° isti, gündüz 35-40° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

Əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 12-17°, gündüz 25-30° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Əsasən yağmursuz keçəcəyi, temperaturun gecə 19-24°, gündüz 33-38° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında

Əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Havanın temperaturunun gecə 17-22° isti, gündüz 31-36° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Yağmursuz keçəcək. Temperaturun gecə 20-25° isti, gündüz 35-40° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Əsasən yağmursuz keçəcəyi, temperaturun gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir. /azertag.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm