• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gözəl dişlər üçün daha effektiv üsul

Gözəl dişlər üçün daha effektiv üsul

London Universitetinin ekspertləri dişləri təmizləmək üçün elə də çətin olmayan, lakin effektiv üsul tapıblar.

Stomatoloqlar dişləri yumşaq və dairəvi hərəkətlərlə təmizləməyi, bununla belə, fırçanı üfqi şəkildə 45 dərəcə bucaq altında tutmağı tövsiyə edirlər. Fırça sizin barmaqlarınızın davamı kimi olmalıdır. Fırçanı yumruqla möhkəm sıxmayın ki, damağın həssas hissələrini zədələməsin.

Dişləri gün ərzində ən azı iki dəfə fırçalamağı tövsiyə edirlər. Bu hərəkəti hər dəfə yeməkdən sonra yerinə yetirmək daha yaxşıdır. Yediyiniz hər şirniyyatın, içdiyiniz qazlı suyun tərkibindəki turşulalr iki dəqiqədən sonra diş minasına təsir göstərərək karies yaratmağa başlayır.

Dişləri daha dərindən təmizləmək üçün kompleks yanaşma tələb olunur: yaxalamaq, diş fırçasından istifadə etmək, düzgün seçilmiş diş məcunu və diş sapından istifadə etmək.

Hətta bu cür effektiv qulluq zamanı da sizin "çeynəyən" dişlərinizdə problem yaranır. Qida qalıqlarının effektiv təmizlənməsi və nikotin korroziyasının qarşısını almaq üçün dişlər üçün yumşaq ovucu kəşf edilib.

Bir çox adamlar mütəmadi olaraq stomatoloqa getməkdən qorxurlar. Bu səbəbdən də dişlərində geriyə dönməsi mümkün olmayan proseslər başlayır. Bu zaman isə həkimsiz keçinmək mümkün deyil. (milli.az)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR