• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Sizi ideal bədən qovuşduracaq 7 hərəkət

Sizi ideal bədən qovuşduracaq 7 hərəkət

Arıqlayıb, daha incə bədənə sahib olmağın ən yaxşı yollarını axtarırsınız? Tabloid.az bu hədəfinizə çatmaq üçün bir neçə üsul təklif edir. Bu məşqlər bədəni sıxlaşdırıb, arıqlamağa kömək edir. Ancaq unutmayın ki, təkcə məşqdən möcüzə gözləmək olmaz. Məşqlə birlikdə qidalanmanıza da fikir verməlisiniz.

İplə tullanma: Sonuncu dəfə nə vaxt bu əyləncəli məşqi etmisiniz? Böyük ehtimal ki, uşaqlıqda... Halbuki iplə tullanma demək olar ki, hər yerdə edə biləcəyiniz ən ucuz və ən asan məşq formasıdır. Hər bir dəqiqəsi digər məşqlərdən daha çox kalori yandıran iplə tullanma, eyni zamanda, çox əyləncəlidir. Adriana Lima ideal bədən quruluşunu bu məşqə borcludur.

ip-atlama

Çömbəlib durmaq (squat): Bütün bədəni hərəkətə gətirən bu hərəkət hər bir əzələni işlədir. Bu güclü idman növü budları naziltməyə, bədəni sıxlaşdırmağa və yağları əritməyə kömək edir. Kalori yandırmağı artırmaq və ürək ritmini sürətləndirmək üçün çömbəlmə hərəkətini tullanaraq edə bilərsiniz. Ya da çömbəlmə hərəkəti zamanı əlinizə ağırlıq alaraq həm daha çox kalori yandırmağa, həm də müqaviməti artırmağa nail ol bilərsiniz. Mütəmadi olaraq squat hərəkəti etmək, bədənin formasını dəyişmək qədər, fiziki sağlamlığınıza nəzarət edir. Bütün gününüzü evdə, ya da işdə oturaq formada keçirirsinizsə, deməli, çox ciddi xəstəliyə tutulmaq təhlükəsi yüksəkdir. O halda bütün boş zamanlarınızı bu hərəkəti edərək qiymətləndirin. Məsələn, yeməyin bişməsini gözləyən zaman, suyun qaynamasını və ya kompüterin açılmasını gözləyərkən bu hərəkəti edin.

squat

Jim: Çoxumuz bu məşqi çətin hesab etdiyi üçün etməyə o qədər də üstünlük vermirik. Fərqli jim mövqeləri, çiyinlərdəki və qollardakı əzələ qrupunu işlədir. Nə qədər çətin olsa da, arıqlamaq istəyirsinizsə, jim hərəkətini yerinə yetirməyə cəhd edin. Öyrəndikcə məşqlərin sayını artırın. Jim, sadəcə yuxarı bədəni deyil, bütün bədəni işlədir. Həftədə bir neçə gün jim edərək əllərinizin formalaşmasına nail ola, həmçinin bədənə yaxşı forma vermiş olarsınız. Həmçinin jim, ürək-damar sağlamlığı üçün də çox faydalıdır. Bundan başqa qamətinizi düzəltməyə kömək edər.

sinav

Lunge (İrəli sıçrama): Lunge məşqinə azərbaycan dilində irəli sıçrama deyə bilərik. Ayaq əzələlərini işlədən bu hərəkət, nizamlı edildikdə inanılmaz nəticələr verə bilər. Bu idmana bir az qaçış əlavə etsəniz və hərəkəti tullanaraq edib daha çox yerinə yetirsəniz, çox yaxşı nəticə alarsınız.

6-13 lunges

Üzgüçülük: Üzməyi sevənlərə və ideal bədənə qovuşmaq istəyənlərə xoş xəbər: üzgüçülük, inanılmaz nəticə almaq üçün çox təsirli idman növüdür. Bədəni sıxlaşdırmağa, müxtəlif əzələ qruplarını işlətməyə kömək edən üzgüçülük məşqi, eyni zamanda, təzyiqi salma, ürəyi gücləndirmək və aerobika qabiliyyətini inkişaf etdirmək kimi xüsusiyyətlərə də sahibdir.

yuzme

Qaçış: Qaçışın çox önəmli faydası olduğunu bir daha xatırlayaq. Qaçış stressi azaltma, ürək sağlamlığını qorumaq, depressiya riskini salma, kalori yandırma və bütün bədən sağlamlığını dəstəkləmə kimi təsirlərə malikdir. Bütün bunlarla yanaşı, bədəni gücləndirir və incə görünən ayaqlar yaratmaqda olduqca təsirlidir.

kosu

Velosipedə minmə: Velosiped sürmək tərləmək və ayaq əzələlərini işlətmək üçün mükəmməl bir üsuldur. Tez-tez velosiped sürmək ayaq, qol, bel əzələlərini gücləndirməklə yanaşı, ürəyin daha səmərəli çalışmasını dəstəkləyir və arıqlamağa kömək edir.

Cycling

Xəbər lenti

DAHA ÇOX XƏBƏR