Videoçat uşağın sağalmasına kömək edir (VİDEO, FOTO)
Bizi izləyin

Sağlamlıq

Videoçat uşağın sağalmasına kömək edir (VİDEO, FOTO)

3 yaşlı Maliya Ramirez “Ulkerativ Kolitis” – yəni kəskin bağırsaq iltihabından əziyyət çəkir. Artıq uzun müddətdir ki, xəstəxanada müalicə kursu keçir. Balaca qızcığaz xəstəxanadan qorxduğunu etiraf edir.

Ancaq elə ki, tibb bacısı ona planşetlə oynamağa icazə verir, uşaq demək olar ki, bütün dərdlərini unudur. Maliyanın qorxularını və keçirdiyi stresi müvəqqəti aradan qaldıran digər amil atası ilə internet üzərində görüntülü əlaqə yaratmasıdır.

Publika.az-ın "Reuters"ə istinadən məlumatına görə, Kaliforniya Universitetinin alimləri belə bir qənaətə gəlib ki, ailə üzvləri və dostlarla video-çat stasionarda olan uşaqların stresini aradan qaldırmağa kömək edir və sağalma prosesini sürətləndirir.

Universitetin dosenti Madan Darmar və onun təqdiqat qrupu tablet-noutbuk kimi qurğuların belə azyaşlılara göstərdiyi təsirləri araşdırıb. Çoxsaylı müşahidələrdən sonra onlar belə bir məxrəcə gəliblər ki, ailə ilə əlaqə yaratmağa imkan verən informasiya texnologiyalarına “əli çatan” uşaqlar daha gümrah və yüksək emosional durumda olur.

Elmi tədqiqat Famili Link – yəni Ailə Bağı proqramı çərçivəsində həyata keçirilib. Müşahidələr göstərib ki, eksperimentlə cəlb olunmuş uşaqların 37 faizində stress səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb.

3 yaşlı Maliya sağalıb tezliklə evinə qayıtmaq istəyir. Lakin qızcığaz, atasıyla apardığı videoçat zamanı xəstəliyini unudaraq sanki özünü evdəki kimi hiss edir.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm