Uşaqların QİÇS-dən müalicəsi tapıldı
Bizi izləyin

Sağlamlıq

Uşaqların QİÇS-dən müalicəsi tapıldı

Amerika tədqiqatçıları uşaqlarda immun çatışmazlığı sahəsində bir sıra müsbət eksperimentlər həyata keçiriblər. Müəyyən olunub ki, donordan alınmış sağlam gövdə hüceyrələrinin köçürülməsi uşaqlarda immun çatışmazlığını müalicə etməyə qabildir.

Uşaqlarda immun çatışmazlığı çox ağır və irsi xəstəlikdir. Bu xəstəlik elə lap doğuluşundan uşaqların yaşamasını sual altında qoyur. İmmun çatışmazlığı xəstələri və ya alimfositozlar vaxtında müalicə almadıqda həyatlarının elə ilk ilindəcə ölə bilərlər. Bu xəstəlik uşaq anadan olan kimi onun immun sistemini məhv edir.

Amerika alimləri öz tədqiqatlarını Sloana-Ketterinq adına Memorial onkoloji mərkəzdə həyata keçiriblər. Eksperimentdə cəmi 240 uşaq iştirak edib.

Elmi tədqiqatın gedişində məlum olub ki, alimfositozun müalicəsinin uğuru diaqnozun tez qoyulmasından və müvafiq olaraq müalicənin tez başlanmasından asılıdır. Əgər müalicəyə uşağın anadan olduğu ilk aylardan başlanılarsa və kiçik pasient beş yaşınadək yaşayarsa, deməli, onun bütün həyatını sağlam və normal yaşamaq şansı var.

Elmi məlumatlara görə, həyatının ilk 3,5 ayında müalicəyə qoşulan xəstə uşaqların 94 %-i beş yaşınadək yaşaya biliblər.

Tədqiqatçılar bildirirlər ki, əməliyyatın qənaətbəxş gedişi bir çox məqamlardam asılıdır. Birincisi, müsbət nəticəyə maksimum şans əldə etmək üçün gərək donor xəstənin doğma qardaş və ya bacısı olsun.

İkincisi, əgər donor valideynlər, yaxınlar və ya qohum olmayan digər insanlar olarsa, uşağın yaşama şansı xeyli aşağı düşür. Ancaq həkimlər müşahidə ediblər ki, belə pasientlərin 77-93 %-i beş yaşınadək ancaq yaşaya bilirlər.

Üçüncüsü, transplantasiya zamanı uşaq xəstə olmamalıdır. Əgər uşaq hər hansı bir infeksiyaya yoluxmuş olarsa, müalicənin effekti xeyli aşağı düşür.

Xatırladaq ki, immun çatışmazlığına qarşı ilk müalicə işi hələ 1973-cü ildə Sloan-Ketterinq adına Mərkəzdə aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm