Üzüm tumu xərçəng xəstəliyinin dərmanıdır
Bizi izləyin

Sağlamlıq

Üzüm tumu xərçəng xəstəliyinin dərmanıdır

Almaniya Sağlamlıq Mərkəzinin internet portalında dərc olunmuş elmi məqalədə qara üzüm tumunun və qabığının faydasından söz açılır. Alman alimləri məqalədə qeyd edirlər ki, üzüm tumunda və qabığında nadir meyvə tərəvəz növlərində rast gəlinən orqanizm üçün faydalı və müsbət təsir gücünə malik olan resveratrol, kversetin və flavonoids kimi maddələr mövcuddur.

Üzüm tumu immunitet sistemini gücləndirməklə yanaşı, xərçəng xəstəliyinə qarşı qoruyucu rola malik olduğu bildirilir. Üzüm tumu xərçəngin müalicəsindəki mənfilikləri aradan qaldırmaqla bərabər, qan damarlarını qoruyur, damar xəstəliyinin qarşısını alır və müalicə edir.

Bundan əlavə, infarkt xəstəliyi riskini azaldır, pis xolesterolu azaldıb yaxşı xolesterolu yüksəldir, şəkərdən əziyyət çəkən xəstələrə müsbət təsir edir. Üzüm tumu və qabığı eyni zamanda kapillyar damarları gücləndirərək yüksək təzyiq zamanı yaxşı kömək edir, göz damarlarını qüvvətləndirir, qan dövranını yaxşılaşdırır.

Üzüm tumu gözün şəffaf təbəqəsini qorumaqla yanaşı, yaşla birlikdə artan görmə zəifliyinə mane olur, qan və limfa dövranını nizamlayır, dəri problemlərinə müsbət təsir edir, dərini gözəlləşdirir və dəri sallanmasına mane olur. Bundan əlavə, allergiya problemlərinin qarısını almaq xüsusiyyətlərinə malik olan üzüm tumu diş əti qanamalarında müalicəvi əhəmiyyətə malikdir.

Eyni zamanda, üzüm tumu C vitamininin təsirini artırır, saç hüceyrələrini inkişaf etdirir, qan yaradır, qan azlığının qarşısını alır və qanı təmizləyir. Böyrək və bağırsaqları təmizləyir, revmatizm xəstəliyinə müsbət təsir edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm