Ebola təhlükəsi artır
Bizi izləyin

Sağlamlıq

Ebola təhlükəsi artır

İndiyə qədər 1069 nəfərin bu xəstəlikdən öldüyü məlum olsa da, bəzi mənbələr ölü sayının 2000-ə yaxın olduğun göstərir.

Publika.az-ın məlumatına görə, Dünya Səhiyyə Təşkilatının mətbuat katibi Qriqori Hartl bu barədə açıqlama verib. Hartl qeyd edib ki, epidemiyanın qarşısını almaq üçün rəsmilər fövqəladə tədbirlər görməlidirlər. Əks halda isə virus daha çox insanın ölümünə səbəb olacaq.

Virus ilk dəfə fevral ayında Qvineyada baş qaldırıb. Təhlükəli virus əsasən, Qvineya, Liberiya, Siera Leone və Nigeriyada geniş yayılıb. Sözügedən ölkələrə qonşu olan ölkələr epidemiyanın qarşısını almaq üçün sərhədlərini bağlayıb.

Fransanın “Sərhədsiz Həkimlər” beynəlxalq təşkilatı virusun qarşısını almaq üçün azı 6 ay vaxt lazım olduğunu bildirib.

Yoluxmanın sürətini azaltmaq üçün isə, əsasən, Liberiyada mübarizə tədbirlərini gücləndirmək lazımdır.

Dünya Səhiyyə Təşkilatı bir tərəfdən virusa qarşı mübarizə yollarını araşdırır, digər tərəfdən isə, ona qarşı ünvanlanan tənqidləri cavablandırmaq məcburiyyətində qalıb. Virusun fevral ayında aşkarlanmasına baxmayaraq, təşkilat rəsmiləri təhlükə barədə avqust ayının 8-ində xəbərdarlıq ediblər. Bu isə, əksər ölkələrdə insanların qəzəbinə səbəb olub.


Euronews

Oxumağa davam et
Reklam
Reklam

Gündəm