Ebola təhlükəsi: Keniya sərhədlərini bağladı
Bizi izləyin

Sağlamlıq

Ebola təhlükəsi: Keniya sərhədlərini bağladı

Keniya Ebola xəstəliyinə görə Qvineya, Liberiya və Syerra-Leone ölkələrindən olan turistlərə ölkəyə girişinə qadağa qoyub. Keniyalılara qeyd olunan ölkələrə getməsinə heç bir məhdudiyyət tətbiq edilməyib.

Kenya Airways, öz növbəsində, avqustun 19-dan Liberiya və Syerra-Leoneya uçuşların tam dayandırılacağını bəyan edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı bundan əvvəl Ebola virusunun yayılması təhlükəsi olduğundan iri nəqliyyat qovşağı olan Keniyanı yüksək riskli zonaya aid edib. Hazırda Qərbi Afrikada Ebola xəstəliyindən 1145 nəfərin öldüyü qeydə alınıb. /bzimyol.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm