Sağlamlıq
Günəşin faydası
Gün şüaların təsirindən orqanizmdə endorfin hormonun ("sevinc hormonu") istehsalı çoxalır, melatonin hormonun ("depressiya hormonu") istehsalı isə azalır.
Məhz bu səbəbdən yayda insanlar depressiyadan daha az hallarda əziyyət çəkir. Bundan əlavə gün şüaları beyinin fəaliyyətinin və yaddaşın yaxşılaşmasına səbəb olur.
Gün şüaları orqanizmdə D vitaminin hazırlanmasını artırır. Bu vitaminin sayəsində bizim orqanizm kalsium elementini daha yaxşı mənimsəyir. Kalsium isə sümüklərimizi möhkəm edir. Belə hesab olunur ki, məhz bu səbəbdən isti ölkələrdə sınıqların sayı soyuq ölkələrlə müqayisədə daha az olur.
Sümüklərinizi daha möhkəm etmək istəyirsinizsə, yayda süd məhsulların qəbulunu artırın. Ayran, dovğa, qatıq, yoqurt daim pəhrizinizdə olmalıdır. Ümumillikdə yayda yüngül qidalara üstünlük verin - meyvə-tərəvəz, göyərti, süd məhsulları, balıq. Daha tez-tez və kiçik porsiyalarla qidalanın. İstidə orqanizm güclü yükləmələrə məruz qalır. Ağır qidalar isə orqanizmi əlavə yükləyir.
İsti yay günlərində insanlar çox güclü tərləyir ki, bunun nəticəsində orqanizm fəal şəkildə ziyanlı maddələrdən (toksinlər, azad radikallar və s.) azad olur. Lakin buna nail olmaq üçün insan kifayyət qədər maye qəbul etməlidir. Susuzluqla mübarizədə limon əlavə olunmuş sərin su, süfrə mineral suları, yaşıl çay ən yaxşı seçimdir. Çox soyuq və çox isti içkilərdən imtina edin. Spirtli içkilər və hal hazırda "dəbdə" olan enerji içkilər istidə çox ziyanlıdır.
Qalxanvari vəzinin fəaliyyətinin azalması zamanı (hipoterioz) gün şüaları çox xeyirlidir. Hipoteriozdan əziyyət çəkən insanların orqanizmində mübadilə prosesləri ləngiyir ki, bu onlarda bir çox pozulmalara səbəb olur. Gün şüaları isə mübadilə prosesləri sürətləndirir.
Nəzərə almaq lazımdır ki, 11.00-dan 17.00-a kimi günün altında olmaq məsləhət görülmür. /http://saglamolun.az//
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...