"Ebola"nın dərmanı tapıldı
Bizi izləyin

Sağlamlıq

"Ebola"nın dərmanı tapıldı

Liberiyada Ebola virusuna yoluxan amerikalı həkim Kent Brantli artıq sağalıb.

Axar.az xəbər verir ki, ABŞ-da müalicə aldığı xəstəxanadan evə buraxılan həkim sən demə test edilməmiş dərmanlarla sağalıb.

Liberiyada ebola virusuna yoluxan xəstələri müalicə edən həkim bir müddət keçəndən sonra özü də bu virusa yoluxub. Vətənə dönəndən sonra xəstəxanaya yerləşdirilən həkim “Zmapp” adlı dərmanla yaxşılaşdığını açıqlayıb.

Artıq həkimin üzərində bir sıra testlər aparılıb. Araşdırmalar zamanı Brantlidən başqa bir neçə ebola daşıyıcısının da artıq sağaldığı təsbit olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm