• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Başa soyuq su tökməyin fəsadları

Başa soyuq su tökməyin fəsadları

Yayın qızmar günlərində sərinləmək məqsədilə küçədə üzə və başa soyuq və ya buzlu su tökmək, üz nahiyəsində iflicin meydana gəlməsinə səbəb ola bilər. Çünki insan həmin vəziyyətdə tərli olur.

Bu mövzu ilə əlaqədar fikirlərini bölüşən mütəxəssis həkim Hasan Arkan bildirib ki, "Soyuq qış günlərində SPA, hamam və saunada tərli çıxmaq üz iflicinə səbəb olursa, eləcə də yay aylarında da tərli olaraq üzə buz kimi su tökmək eyni təsirə malikdir. Bu baxımdan üz sinirlərinin və başın qəfil isti və soyuq dəyişikliklərinə məruz qalması riski yüksək olur. Mütəxəssis tərli olarkən baş və üz nahiyəsinə su tökməyi qəti şəkildə qadağan edir.

İsti havalarda tərləmənin qaçılmaz olduğunu bildirən həkim Hasan Arkanın sözlərinə görə, tər bədən temperaturunun tarazlığını təmin etməsi üçün vacibdir. Su tökmək bədəni sərinləşdirsə də, sağlamlıq baxımdan risklidir. İsti aylarda başlarını mütəmadi isladanlar sinusit xəstəliyinə tutula bilərlər. Həmin xəstəliyə tutulanlar isə əsla başı açıq gəzməməlidirlər. Saçları yaş olduqda isə dərhal qurutmalıdırlar. İsti havalarda kondisionerin sərinləşdirmə dərəcəsini mütləq azaltmaq lazımdır. Bundan əlavə, çöldən gəlib tərli halda kondisionerin altında durmaq olmaz. Bu zaman bir az gözləmək və ya heç olmasa üzdə olan təri silmək və qurutmaq vacibdir. Yaz aylarında kondisioneri 17-19 dərəcələrdə işlədən insanlar var. Bu, doğru deyil. Kondisionerin ən uyğun dərəcəsi yay aylarında 23-24 dərəcə hesab olunur. Bu səviyyə otağı bahar sərinliyi ilə təmin edir.

İsti aylarında çox tərləməmək üçün kətan və ya pambıq geyimlər geyinmək, Günəş şüalarından qoruyan papaqlar və eynək taxmaq lazımdır. Ən gözəl papaqlar kətandan hazırlanır. Belə ki, kətan çox yaxşı hava keçirir və başın tərləməsini azaldır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR