• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xəbərdarlıq: “Bir vedrə buzlu su” ölümünüz ola bilər!

Xəbərdarlıq: “Bir vedrə buzlu su” ölümünüz ola bilər!

ALS xəstələri üçün başlanan “Ice Bucket Challenge”, yəni, “Bir vedrə buzlu su” aksiyası get-gedə dünyada yayılır. Amma həkimlər həyəcan təbili çalmağa başlayıb. Belə ki, sözügedən hərəkət insan sağlamlığına ciddi təhdiddir, hətta onu öldürə də bilər.

Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi Engin Türkmen bildirib ki, bu aksiya xüsusən ürək, təzyiq, böyrək çatışmazlığından, epilepsiya kimi xroniki xəstəliklərdən əziyət çəkənlər və hamilələr üçün son dərəcə təhlükəlidir. Onun sözlərinə görə, bu qəbildən olan adamlar üçün bir vedrə su ölümə gedən yol da sayıla bilər:

“Hətta səhhətindən heç bir şikayəti olmayan şəxslər üçün də başdan aşağıya tökülən bir vedrə buzlu su təhlükə mənbəyidir. Bu, ani olaraq ürəyin dayanmasına da səbəb ola bilər. Ürək, təzyiq kimi xroniki xəstəlikləri olan şəxslər bu aksiyadan kənarda dayanmalıdır. İnsan başından aşağı bir vedrə su tökəndə onun tənəffüs sistemi qəfil öz fəaliyyətini dayandıra bilər. Üstəlik, ciddi bir risk də yaradır. Bu, daha çox insanın şok aparatına qoşulmasına bənzəyir. Buzlu su insanın qəlbində elektroşok yaradaraq ani ürək dayanmasına səbəb ola bilər. Bu aksiya hətta sağlam insanları da hədələyir. Sadəcə soyuq bir dəmirə əl vurduğu üçün ölən insanlar gördük, buzlu su çox təhlükəlidir”.

Həkim bildirib ki, yuxarıda sadalanan xəstəliklərdən əziyyət çəkənlərə hətta soyuq su ilə duş almamaları tövsiyyə olunur: “Ürəkdə ritm pozuqluğu ani korluq, təzyiq krizi, iflicə səbəb ola bilər. Ən əsası isə ürək dayana bilər”.(musavat.com)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR