• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Səhər oyananda bu SƏHVLƏRİ etməyin!

Səhər oyananda bu SƏHVLƏRİ etməyin!

Hər səhər yuxudan durduğumuzda bəlkə də özümüz də fərqinə varmadan sağlamlığımızı təhdid edən xətalara yol veririk. Bəs bu xətalar hansılardır, qarşısını necə almaq olar?

Hər səhər bilmədən etdiyimiz bu xətalar gün ərzində özümüzü pis hiss etməmizə, daha yorğun olmamıza və gecələr çətin yuxuya getməmizə səbəb olur. Ailem.az həmin xətaları bir-bir sizin üçün incələyəcək.

Səhər duran kimi idman etmək. Maddələr mübadiləsinin işləməsi üçün hər səhər oyandıqdan 30 dəqiqə sonra səhər yeməyi yeyilməlidir. Ancaq səhər edilən idmana görə yaddan çıxır. Belə olduğu halda bütün gecə ac qalan bədənimiz daha çox enerji üçün çoxlu karbohidrata ehtiyac duyur. Bunun üçün idmandan əvvəl bir ovuc ləbləbi və banan yeyə bilərisiz. Bir də mütləq 1 stəkan su için.

Yataqdan sürətlə qalxmaq. Bu hərəkət gecə boyunca sərtləşən əzələlərimizdə spazm və təzyiqə səbəb olur. Bu halda bel ağrısı, disk sürüşməsi, ya qopması baş verə bilər. Uzun müddət hərəkətsiz qalıb, birdən tez durduğumuzda qan ayaqlara hücum etdiyindən keyimə hiss edə bilərik. Buna ortostatik hipertəzyiq deyilir. Oyandığınızda dizlərinizi sırayla qarnınıza doğru çəkin. Bununla qan bütün bədənə yaxşı işləyəcək və özünüzü yaxşı hiss edəcəksiz.

Diş fırçalamadan su içmək. Bütün gecə ağzımızda toksinlər toplanır. Dişlərimizi fırçalamadan su içmək, ya nəsə yeməklə bu toksinlər bağırsaqlarımıza keçir. Qalxar- qalxmaz dərhal diş və dilinizi fırçalayın.

Zəngli saatı bir neçə dəqiqə təxirə salmaq. Səhərlər zəngli saat çaldığında bir neçə dəqiqə irəliyə çəkib, bir az da artıq yatmağı hər kəs istəyir. Ancaq bu, bədənimizin funksiyasını pozur. Bu halda gecə çox çətinliklə yuxuya gedirik. Zəngli saat çaldığında mütləq yataqdan qalxın.

İstilik dəyişimlərinə fikir verməmək. Səhər yataqdan qalxdığımızda bədən istiliyi ilə ev istiliyi fərqli olur. Bədən istiliyi daha yüksək olduğundan yataqdan qalxarkən üzərimizə bir şey almadan gəzməmiz xəstəliklərə səbəb ola bilər. Əyninizə nəsə geyinin.

Özünüzə ayırdığınız zamanı günortaya təxirə salmaq. Səhərlər zövqlə görəcəyiniz bir işinizi iş gərginliyi ucbatından günortaya təxirə salırsız. Araşdırmalar isə göstərir ki, bir insanın gün boyunca pozitiv halda olması günə zövq aldığı şeyi etməklə başlaması ilə əlaqəlidir. Pozitiv ruh halında olmaq üçün qəhvə için, ailənizlə söhbət edin, ya da zövq aldığınız başqa bir işlər görün.

Yuxudan oyandıqdan sonra pərdələri açmamaq. Bioloji saatımızın çaşmaması üçün və günə pozitiv başlamaq üçün günəş işığına ehtiyacımız var. Pərdələri mütləq açın.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR