"Ebola" xəstələrini gizlədənləri 2 illik həbs gözləyir
Bizi izləyin

Sağlamlıq

"Ebola" xəstələrini gizlədənləri 2 illik həbs gözləyir

Syerra-Leonedə Ebola xəstəsi olan şəxsləri evində gizlədən həe bir ölkə vətəndaşını 2 il həbs cəzası gözləyir.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə parlamenti xəstəlyini gizlədənlərə qarşı cinayət məsuliyyəti müəyyən edən müvafiq sənədi qəbul edib.

“Evində Ebola xəstəsini gizlədənlər 2 il müddətinə azadlıqdan məhrum olunacaqlar”-deyə Syerra-Leone baş prokuroru Frank Karqbo deyib.

İddia olunur ki, bir çox ölkə sakinləri Ebola viruslu qohumlarını gizlətməyə çalışdıqları üçün epidemiyanın miqyası da genişlənir.

Bu ilin fevralında Qvineyada baş qaldıran xəstəlik qısa müddətdə Syerra-Leone, Liberiya və Nigeriyaya yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı virusun 1350 nəfərin həyatına son qoyduğunu, 2473 nəfərdə isə xəstəliyin aşkarlandığını açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm