Sağlamlıq
Payızda necə arıqlamaq olar?
Yay, demək olar ki, arxada qalıb. Yəqin ki, çoxlarınız
"payızda arıqlayacam" marafonuna start verməyə hazırlaşır. Bizim
məsləhətlərimizə əməl etsəniz, heç bir çətinlik çəkmədən artıq
çəkidən azad ola bilərsiniz.
Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, pəhriz -
gündəlik rasionun məhdudlaşdırılması vacibdir, lakin bunu diqqətlə
seçmək lazımdır. Kimsə düşünür ki, boş qablarla arıqlamaq olar.
Ancaq unudurlar ki, çəki yerinə qayıdır. Sadəcə zaman lazımdır. Biz
balanslı qidalanmağı tövsiyə edirik. Pəhriz sizin əhvalınıza və
sağlamlığınıza mənfi təsir göstərməməlidir.
Düzgün seçilmiş səhər yeməyi
Əgər arıqlamaq istəyirsinizsə, düzgün səhər yeməyindən
başlamalısınız. Bu isə o deməkdir ki, yuxudan oyanan kimi limon
sıxılmış su içməli və ya bir çay qaşığı bal yeyərək duşa
getməlisiniz.
Səhər yeməyi karbohidratlarla zəngin olmalıdır ki, sizi bütün gün
boyu enerji ilə təmin etsin. Bu o demək deyil ki, səhər tezdən
şokolad və kökə yeməlisiniz. Belə etsəniz, çətin ki, arıqlayasınız.
Sıyıqlara üstünlük verin. Yulaf, qarabaşaq və ya qarğıdalı sıyığı
məsləhətlidir.
Daha çox meyvə və tərəvəz
Bir necə aydan sonra sevimli meyvə və tərəvəzlər piştaxtalardan
yoxa çıxacaq. Orqanizmi faydalı vitaminlər və mikroelementlərlə
təmin etmək lazımdır. Günorta və axşam yeməklərinizə salat və
zeytun yağı əlavə edin.
Bitki və heyvan mənşəli yağlar
Əgər payızda arıqlamaq istəyirsinizsə, heç bir halda yağdan imtina
etmək olmaz. Bundan imtina müxtəlif xəstəliklərə yol aça bilər.
Gün ərzində optimal yağ qəbulu çəkinizin hər kiloqramına görə 0.8
qramdan 1 qrama qədərdir. Misal üçün, əgər sizin çəkiniz 70
kiloqramdırsa, gün ərzində 70 qram yağ qəbul etməlisiniz. Bunun
40%-ə qədəri isə bitki yağlarının payına düşməlidir.
Ənənəvi qidalarda kalori miqdarını aşağı salırıq. Qızardılmış
kartof, mayonezli salat və s. bu kimi qidalardan imtina edirik.
Burada fantaziyanı da işə salmaq olar. Əgər salat
hazırlayırsınızsa, ona çox duz qatmayın, limon şirəsi ilə
əvəzləyin. Limon şirəsini balıq, ət və tərəvəzlərdə də istifadə
etmək olar.
Bəzən ən sadə qaydalar arıqlamaq üçün sizə yardımçı ola
bilər.
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO