Bakıda ilan və əqrəblərin əsas məkanı ...
Bizi izləyin

Sağlamlıq

Bakıda ilan və əqrəblərin əsas məkanı ...

Bu ay ərzində Azərbaycanda qeydə alınan ilan, əqrəb və qaraqurd sancmalarının sayı açıqlanıb.

Publika.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, avqustda gürzə ilanının sancması ilə bağlı 14 müraciət daxil olub.

Onlardan 8 nəfər mərkəzdə müvafiq şöbəyə yerləşdirilib.

A.Maqsudov qeyd edib ki, 4 nəfər əqrəb, 2 nəfər isə qaraqurd sancması ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. İlan, əqrəb və qaraqurd sancmaları daha çox Bakı ətrafı rayonlarda, xüsusilə daş karxanalarının yerləşdiyi ərazilərdə qeydə alınıb.

Hadisələrin sayını ötən ilin müvafiq dövrü ilə müqayisə edən şöbə müdiri vurğulayıb ki, sayda ciddi artım yoxdur. Onun sözlərinə görə, bu il aprelin 20-dən sonra Azərbaycanda ümumilikdə 62 nəfər ilan, 16 nəfər əqrəb, 10 nəfər isə qaraqurd sancması ilə Toksikologiya şöbəsinə yerləşdirilib. Ötən ilin müvafiq dövründə isə hadisələrin və müraciətlərin sayı daha çox olub.

Gün.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm