Stressin xeyri də varmış – 5 FAYDASI
Bizi izləyin

Sağlamlıq

Stressin xeyri də varmış – 5 FAYDASI

Stress müasir həyatın insanlığa vurduğu ən böyük zərər kimi dəyərləndirilir. Ancaq ABŞ-da aparılan bir araşdırma zamanı stressin faydasının da olduğu ortaya çıxıb.

Publika.az indiyə kimi ziyandır deyə qaçdığımız stressin 5 müsbət tərəfini açıqlayır.

Beyin gücünü artırır

Aşağı səviyyədə stressə yol açan faktorlar neyronlar arasındakı bağlantının güclənməsinə kömək etdiyi kimi, beyin kimyasallarının ifrazına da kömək edir. Heyvanlar üzərində aparılan araşdırma bədənin stressə verdiyi cavabın hafizə və öyrənmə müddətinin güclənməsində təsirli olduğunu ortaya qoyub.

Qısa müddətdə immunitetin artmasına kömək edər

Bədən stressə qarşılıq verdiyində özünü yaralanma, yaxud infeksiyaya qarşı hazırlayır. Bu da immunitet sisteminin güclənməsinə kömək edir.

Müqavimətinizi, dözümünüzü artırar

Stressli hallarla başa çıxmağı öyrənmək qarşımıza çıxa biləcək digər çətin hallarla baş etməmizə kömək edər.

Uğur əldə etmək üçün istəyinizi artırır

Bir işi bitirmək üçün sizə verilən müddət başa çatdıqda artan stress uğur əldə etməkdə təsirli olur.

Uşağın inkişafına kömək edir

Hamiləlik dövründə stresslə baş edə bilən anaların övladlarının gələcəkdə stresslə daha yaxşı mübarizə apardığı bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm