• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Hansı qoxular arıqlamağa kömək edir?

Hansı qoxular arıqlamağa kömək edir?

Qadınlar arasında artıq çəki ilə mübarizə aparanların və üsulların sayı sürətlə artır. Arıqlamağa çətinlik çəkən qadınlar üçün yaxşı xəbərimiz var. Sən demə, yağlar arıqlamağa kömək edirmiş. Tabloid.az xəbər verir ki, pəhriz və idmanla yanaşı, yeni üsul təklif olunur. Belə ki, aromaterapiya bu sahədə qadınlara kömək ola bilər. Bitkilərin möcüzəli köklərindən düzəldilən yağlar olduqca faydalıdır. Onların bəziləri aclıq hissini öldürür.

Əslində, aromaterapiya ilə müalicə üsulunun tarixi çox qədimlərə gedib çıxır. Hippokrat aroma yağları ilə masaj üsulundan geniş istifadə edirdi. Aromaterapiya - bəsit mənada, tənəffüs sistemi, ya da dəriyə təmas edərək fizioloji və psixoloji vəziyyəti yaxşılaşdırmaq üçün bitki mənşəlli vasitələrin və uçucu yağların istifadəsi deməkdir.

Arıqladan duş. Aromaterapiyanın ən məşhur üsullarından biri qoxulu yağlarla isti vanna qəbul etməkdir. Bəs yaxşı hansı yağlar çəki atmağa kömək edir?

Sitrus meyvələri uçucu yağları, ardıc yağı, selvi və razyana yağları arıqlamağa kömək edir. Vannaya bu yağlardan birini əlavə edin. Sitrus meyvələri arasında limon və portağal yağı arıqlamağa ən çox təsir göstərən yağlardır. Maddələr mübadiləsinin yaxşılaşması və sürətlənməsi üçün paçuli, nanə və limon yağı əhəmiyyət daşıyır.

Kəskin qoxulu nanə

Nanə tərkibli yağlar sadəcə, çəki atmağa yardım etmir, eyni zamanda, bütün bədənə müsbət təsir göstərir. Belə ki, gündəlik keçirdiyiniz gərginliyi və yorğunluğu üzərinizdən atır. Nanə və lavanda yağını qoxladığınız və alına masaj edildiyi zaman miqren ağrılarını aradan qaldırır, xoş təəssürat buraxır. Qreyfurt, ətirşah və selvi sidik kisəsinə faydalı olan yağlardır. Yasəmən qoxuları, çobanyastığı və lavanda yuxusuzluğu aradan qaldırıb, sinirləri sakitləşdirir.

Tənəffüs terapiyası ilə iştahanı azaltma

Bu qoxuları buxar yolu ilə də “uda” bilərsiniz. Aromaterapiya yağları istifadə etməyin başqa yolları da var. Onları buxar vasitəsilə qarışıq olaraq istifadə edə bilərsiniz. Məsələn, darçın, vanil, yaşıl alma kimi qarışıq yağlardan qaynadılmış suya bir neçə damcı əlavə edin. Daha sonra həmin buxardan nəfəs alaraq iştahanızı azalda bilərsiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR