• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qulaq çöpləri təhlükəsi

Qulaq çöpləri təhlükəsi

Qulaqları təmizləmək üçün qulaq çöpündən istifadə edərkən diqqətli olun. Rahatlığı axtaran insanlar hətta ən xırda kirləri təmizləmək üçün qulaq çöpünü dərhal qulaqlarına salırlar. Ancaq çoxları qulaq çöpünün verə biləcəyi zərərlərdən bixəbərdir.

Mütəxəssislər qulağın qıvrım bölgələrinin təmizlənməsi üçün nəzərdə tutulmuş qulaq çöpünün səbəb olacağı təhlükələrlə bağlı xəbərdarlıq edir. Belə ki, dərindəki kirlərin təmizlənməsi üçün çöpün düz qulaq dərinliyinə salınması qulaq pərdəsinin cırılmasına və bir çox infeksion xəstəliklərə yol aça bilər.

Xarici quılaq yolunda zədələnmə, ya da cızılma baş verir. Xüsusən yay aylarnda dənizdən, hamamdan çıxan insanlar qulağını təmizlədiyində özləri də bilmədən xarici qulaq yolunda cızılma və zədələnmlərə səbəb olur. O zədələnmələr vasitəsilə bakteriyalar asanlıqla hoparaq xarici qulaq infeksiyasına yol açır.

Qulaq çöpü göbələk infeksiyasına da səbəb ola bilər.

Xarici qulaq yolu qəhvərəngi bir sekresiya ifraz edir. Xarici qulaq yolunu infeksiyalardan qoruyan bu sekresiya normalda xarici qulaq yolu ilə bayıra atılır, ancaq biz onu görə bilmirik. Bayıra atılmasında problem yarandığında içəridə yığılıb qalır və nəticədə o kiri qulaq çöpü ilə təmizləmək istədiyimizdə daha da içəri itələyirik.

Qulağımız öz-özünü təmizləmə imkanına sahibdir. Üstəlik qulaq kirləri hesab etdiyimiz maddələr qulağımız üçün faydalıdır, ancaq qulaq çöplərindən istifadə etməklə özümüzə pislik etmiş oluruq. Bununla yanaşı kirin yığılıb qalması və eşitmənin itirilməsinə səbəb olur.

Qulaq pərdəsi təxminən 2.5-3 sm içəridə yerləşir. Partlayış, yüksək səslə qışqırma, travma, güclü şillə nəticəsində cırıla bilən qulaq pərdəsi qulaq çöpü ilə də zədələnə bilər. Buna görə hamamdan, ya dənizdən çıxarkən qulağın nəmini təmizləmək yetərli olar. /ailem.az/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR