• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Su haqqında bilinməyən 7 FAKT

Su haqqında bilinməyən 7 FAKT

Publika.az gündəlik həyatımızda çox böyük əhəmiyyəti olan su haqqında bilinməyən 7 faktı açıqlayır.

Su böyrəklərdəki daşı təmizləyir

Bədənimizdəki zərərli və yad cisimlərin uzaqlaşdırılmasında ən vacib rol oynayan orqan böyrəklərimizdir. Böyrəklərimiz qanı süzərək tullantıları ayırır və bunu suya qatışdıraraq sidik yaradır. Sidik ilə bədənimiz istənməyən tullantılardan azad olur. Yetərincə su qəbul edilmədiyində böyrəklərdə problemlər, xəstəliklər ortaya çıxa bilər. Yəni içindən su keçməyən kranlar necə pas atırsa, su keçməyən böyrək borularında da kalsium kimi minerallar yığılaraq daş əmələ gətirir.

Bədənimiz daha çox suya ehtiyacı var

Suyu bədənimizin ən əhəmiyyətli qidası kimi qəbul etməliyik. Bədənimizin təxminən 60-65 faizi sudan ibarətdir. İnsanlar qəbul edilən suyun çıxan sidiyin miqdarı ilə eyni olduğunu düşünsə də, ancaq bilməlisiniz ki, sidiyin miqdarından çox daha suya ehtiyacımız var. Buna fərqinə varmayan maye itkisi deyilir. Nəfəs alıb verərkən, yaxud tərləyərkən fərqində olmadan gün ərzində 1,5 litr su itiririk. Sidiklə xaric olan suyu da əlavə etsək, deməli gün ərzində maksimum 2 litr su qəbul etməliyik. Xüsusən yay aylarında buna daha çox diqqət edin.

Susuzluq nəticəsində ürəkgetmə, halsızlıq, ürək bulantısı hiss edilə bilər.

Bütün toxumaların suya ehtiyacı var. Susuz qalmaq nəticəsində maye elektrotik pozuntular, ürək bulanma, halsızlıq, dəri elastikliyinin azalması, gicəllənmə, ürək getmə, xüsusən yaşlılarda şüur bulanlıqlığı, əsəbilik kimi şikayətlər ortaya çıxa bilər. Bunlar sadəcə şikayət şəkilində qalmayıb, çox daha ciddi xəstəliklərə yol aça bilər. Böyrək daşı, bunun verdiyi sancılar, qan yoğunlaşması ilə bağlı olaraq beyində tıxanmalar, yıxılmalar, təzyiq yarana bilər. Qan sulandırıcı, epilepsiya dərmanları istifadə edənlərdə maye yetərsizliyi bu dərmanların əks təsir göstərməsinə səbəb ola bilər.

Qadınlar yetərincə su qəbul etməsə, ciddi sidik yolu infeksiyalarına yoluxa bilərlər.

Hər birimizin bədənində müəyyən miqdarda mikroblar var. Sidik yolundan maye, sidik xaric olduğundan mikroblar ora yerləşmir. Ancaq bol maye qəbul edilməsə və sidiyin yaranmaması ilə əlaqəli olaraq mikroblar sidik yoluna yerləşərək ciddi infeksiyalara yol aça bilər.

İçdiyiniz suya bir dilim limon atmaqla həm böyrək daşı xəstəliyindən, həm də infeksiyalardan xilas ola bilərsiniz.

Limon C vitamini ilə zəngidir. C vitamini sidik yoluna düşərək sidiyin asit səviyyəsini tənzimləyir. İnfeksiyaları məhv etməklə yanaşı böyrək daşına səbəb olan kalsiumu da çökdürdüyündən böyrək daşı problemini əngəlləyir.

Daş problemi olan bulaq suyu içərkən diqqətli olsun!

Qazlı içkilərin qazlı olmasını təmin edən karbonik asit bədəndə daş yaratma riski daşıyır. Buna görə qazlı içkilərdən uzaq durun.

Gündəlik içilən çayın miqdarı gündəlik maye miqdarının 20 faizini keçməməlidir.

Çay və qəhvə sidiyin yaranmasına kömək etsələr də, kalsium ifrazını hərəkətə keçirdiyi üçün böyrəklərdə daş yaranmasına səbəb olur. Meyə suları təbiidirsə içilə bilər. Araşdırmalar nəticəsində ayranın, süd və süd məhsullarının böyrək daşı ilə heç bir əlaqəsinin olmadığı təsdiqlənmişdi.

Ailem.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR