Sağlamlıq
Uşaqlarda piylənmənin səbəbləri
Yeniyetməlik bir keçid dövrüdür və bunu doğru formada başa vurmaq hər zaman asan olmur. Bu dövrdə yaranan problemlər tək uşaqları deyil, valideynləri də narahat edir. Bunların arasında xarici görünüşlə bağlı komplekslər, xüsusilə artıq çəki və piylənmə əsas yerlərdən birini tutur.
Burada problem yeniyetmənin pis
görünməsi və yaşıdları arasında narahatlıq keçirməsi, ən əsası isə
sağlamlıq üçün ciddi təhlükənin olması ilə bağlıdır. Belə ki,
piylənmə bir çox xəstəliklərə, misal üçün, şəkər, ürək-damar
sistemi xəstəlikləri, cinsiyyət hormonlarının düzgün çalışmamasına
və hətta sonsuzluğa səbəb ola bilər. Yəni bir uşağa bu problemin
öhdəsindən gəlməyə kömək etməklə onun həyatını
uzadırıq.
Bəs, artıq çəki hansı səbəblərə görə yaranır? Endokrin sisteminin pozulması, irsi amillər, yanlış qidalanma, stress, hərəkətsizlik – bütün bunlar bu prosesdə əsas səbəblər hesab olunur. Gəlin bu səbəblərə nəzər salaq.
İrsi səbəblər: Əgər
valideynlərdən biri və ya ikisi də artıq çəkidən əziyyət çəkirsə
uşaqlarda bu problemin olması ehtimalı daha çoxdur.
Yanlış qidalanma:
Bəzən valideynlər sevgini qida ilə əvəz edir, ana və nənələr
sevgilərini bu cür, yəni uşağı yedirtməklə ifadə etməyə çalışırlar.
Xalq arasında deyildiyi kimi “toppuş” körpələr hər birimizin
diqqətini çəkir, onlarla ünsiyyət qurmaq, onları əzizləmək bizə
zövq verir.
Yalnız zaman keçdikcə bu toppuşluq köklük və hətta piylənmə ilə nəticələnə bilir. Bunun səbəbkarı isə çox vaxt onu uşaqlıqdan müxtəlif yollarla (məcburi yedizdirmək, başını qatmaq və s.) həddən artıq yedizdirən valideynlər olur.
Stress: Körpə ağlayan kimi bunun səbəbini bilmədən ananın ona yemək verməsi də uşağın gələcəkdə bütün streslərin öhdəsindən yeməklə gəlməyə çalışmasına səbəb olur.
Hərəkətsizlik: Oturaq həyat
tərzi, televizor, internet və s. qarşısında saatlarla vaxt keçirmək
də piylənməyə səbəb olan hallardandır.
İndi isə artıq çəki və piylənməyə qalib gəlmək üçün bir sıra əsas fizioloji və psixoloji tədbirlərə nəzər salaq.
Fizioloji tədbirlər: Yeniyetmə
üçün hərəkət etmək vacibdir. Yeniyetmə sevdiyi idman növü ilə
məşğul ola bilər.. Valideynlər uşağın aktiv həyat tərzi keçirməsini
təmin etməlidirlər. Bu həm də uşaqların kompüter, televizor və s.
qarşısında artıq vaxt keçirmələrinin qarşısını alır. Fizioloji
tədbirlərə şirin içkilərdən, şəkəri yüksəldən qidalardan uzaq olmaq
da daxildir. Daha çox təbii şirələrə üstünlük vermək, yemək vaxtını
ötürməmək lazımdır. Tez-tez və az yemək məsləhətdir. Yuxu rejimi
dəqiq olmalıdır. Yataq otağında telefon, televizor, kompüterin
olması düzgün deyil. Ümumiyyətlə, piylənmə nəfəsə mane olduğu üçün
yuxuya da mənfi təsir göstərir.
Çox duzlu ət, kolbasa, sosiska kimi qida məhsullarından da uzaq durmaq lazımdır. Çalışın ki, meyvə və tərəvəzlərə üstünlük verəsiniz. Bəzən vitamin çatışmazlığı da piylənməyə səbəb ola bilər. Qidaya B6, B12, vitamin D aid etmək olar. Aclıq hiss edəndə su içmək və bir qədər gözləmək lazımdır, çünki aclıq hissi keçə bilər. Bəzən biz susuzluğu da aclıq kimi qəbul edirik.
Psixoloji tədbirlər: Stressli
yüklənməni azaltmaq lazımdır. Davamlı stress orqanizmdə kortizolun
səviyyəsini yüksəldir, bu da qarın və bağırsaqlarda piylənməni
artırır. Əgər uşaq çox həssasdırsa psixoloq yardımı ilə ona
sakitləşdirici çalışmalar öyrətmək olar. Gün ərzində 2 saatdan çox
televizora baxmamalıdır. Biz bəzən ekran qarşısında nəzarətsiz
olaraq ləzzətli qida qəbul edirik və bu avtomatik olaraq baş verir.
Yemək üçün kiçik ölçüdə boşqab seçmək məsləhətdir. Belə ki, yeməklə
dolu olan qab insanda daha çox xoşbəxtlik hissi yaradır. Çörəkdən
az istifadə etmək, masanın üstündə çörək saxlamamağa çalışın. Belə
bir fənd də işə yarayar: boşqabdakı yeməyi 2 hissəyə bölüb, əvvəlcə
birini yemək lazımdır. Bundan sonra ola bilər ki, ikinci hissəyə
ehtiyac qalmasın. Yemək zamanı sakit musiqiyə qulaq asmaq da yaxşı
nəticə verə bilər. Bu zaman istəristəməz yemək tempi aşağı düşür,
çeynəmə prosesi uzanır və təbii ki, sağlamlığa müsbət təsir edir.
Axşam yeməyindən sonra dişləri fırçalamaq və ondan sonra heç nə
yeməmək məsləhətdir. Bütün bunlardan əlavə yaxşı olar ki, bu
dönəmdə yeniyetməni mütəmadi olaraq psixoloq müşaiyət etsin. Bu
ortaya çıxacaq problemlərin tez bir zamanda aradan qaldırılmasına
kömək edən üsuldur.
Valideynlər ümumiyyətlə, bütün ailə üzvləri uşağa dəstək olmalı, onu anlamalı, eləcə də ata-ana öz qida və gün rejimi ilə nümunə olmalıdırlar. Unutmayaq ki, uşaqlar bizim dediklərimizi yox, etdiklərimizi həyata keçirirlər. (dushunce.az)
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı