Daha bir təhlükəli virus yayıldı
Bizi izləyin

Sağlamlıq

Daha bir təhlükəli virus yayıldı

Yaponiyanın Səhiyyə Nazirliyi həşaratdan keçmə titrətmə xəstəliyi aşkarlanan daha 19 nəfərin qeydə alındığını təsdiqləyib.

Publika.az-ın məlumatına görə, bununla da xəstəliyə yoluxanların ümumi sayı artıq 22 nəfərə çatır.

Bu, Yaponiyada son 70 ildə viruslu xəstəliyin yayıldığı ilk haldır.

Güman edilir ki, xəstələnənlər bir müddət öncə zərərli həşaratların məhv etmək məqsədilə dərman səpilən Tokionun Yoyogi parkında bu virusa yoluxublar.

Qeyd edək ki, Titrətmə xəstəliyi əsasən cənub və cənub-şərqi Asiya, Afrika, Okean və Karib dənizi hövzəsi ölkələrində yayılır. Xəstəliyin simptomları sırasında güclü qızdırma, başgicəllənmə, səpki və əzələ ağrısı var.

BBC

Oxumağa davam et
Reklam
Reklam

Gündəm