Elektron siqaret adi siqaretdən daha zərərlidir
Bizi izləyin

Sağlamlıq

Elektron siqaret adi siqaretdən daha zərərlidir

Cənubi Karolina Universitetinin apardığı tədqiqatlara görə, siqareti əvəzləyən, təhlükəsiz alternativ hesab olunan elektron siqaretlər toksik metal tərkibinə görə daha zərərlidir.

Elektron siqaretin tərkibindəki toksik maddələr klassik siqaretdən daha ziyanlıdır. Tədqiqatçılar ofis və müəssisələrdə adi və elektron siqaretdən sonra havada qalmış zərrəcikləri yoxladıqdan sonra bu qərara gəliblər.

Toplanmış nümunələrin tərkibini öyrənən ekspertlər elektron siqaretin tərkibində xrom olduğunu müəyyən ediblər. Bu kimyəvi element adi siqaretin tərkibində olmur. Bundan əlavə, elektron siqaretin tərkibində nikelin miqdarı adi siqaretin tərkibindən 4 dəfə çoxdur. Bu azmış kimi, elektron siqaretin tərkibində qurğuşun, sink və digər toksik metallar var. Buna görə də tədqiqatçılar elektron siqaret istehsalçılarına kimyəvi metalları azaltmağı məsləhət görüblər. Çünki nikel və xrom insanlarda təşviş hissini daha da artırır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm