Hava proqnozu - 5 sentyabr
Bizi izləyin

Sağlamlıq

Hava proqnozu - 5 sentyabr

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyinin əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 22-25, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, atmosfer təzyiqi 756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 5-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz sentyabrın 05-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi nəticəsində temperaturun nisbətən enməsi meteohəssas insanlar üçün müsbət amildir. Sentyabrın 06-07-də iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm