Oturmaq ömrü qısaldır
Bizi izləyin

Sağlamlıq

Oturmaq ömrü qısaldır

İnsan ayaq üstə dayanmaqla öz ömrünü uzadır. Belə qərara gələn alimlər bildirir ki, oturmaqla insan DNT-də qocalmanı tezləşdirir.

İsveç alimlərinin verdiyi məlumata görə, oturaq vəziyyətdə az olmaq uzun yaşamaq ehtimalımızı daha da artırır. Tədqiqatın nəticələri “Britaniya tibb jurnalında” nəşr edilib. Jurnalda deyilir ki, divanda oturmağı azaltmaqla xromosomun sonunda yerləşən telomer uzanır. Telomer uzandıqca isə xromosomların ölməsinin qarşısı alınır. Telomer nə qədər uzanarsa, insan ömrü bir o qədər artar.

Stokholmda yerləşən Karolin universitetinin professoru ayaqüstə qalmağın daimi idman məşqlərindən də xeyirli hesab edir. Onun sözlərinə görə, idmanla məşğul olan insanların əksəriyyəti qalan saatları oturmaqla keçirir. Oturmaq isə müasir insanın həyatı üçün təhlükəlidir.

Tədqiqat, yaşı 65-dən yuxarı olan 49 insan arasında aparılıb. İştirakçıların hamısı artıq çəkidən əziyyət çəkib və günlərinin çoxunu oturmaqla keçiriblər.

Onların fiziki aktivliyi gün ərzində neçə addım atmaları ilə ölçülüb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm