• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycanda rəqəmsal xəstəxanalar yaradılacaq

Azərbaycanda rəqəmsal xəstəxanalar yaradılacaq

Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən Azərbaycan İT şirkəti “Neuron Technologies” xəstəxanaların elektron idarəetmə sistemlərinin inteqrasiyası üzrə dünyanın qabaqcıl texnologiyalarının ölkəmizə tətbiqi üzrə fəaliyyətə başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, şirkət tərəfindən bu istiqamətdə dünyanın qabaqcıl texnologiya şirkətləri ilə tərəfdaşlıqlar qurulub.

Bu istiqamətdə İtaliya, Böyük Britaniya, Belçika, Türkiyə və digər ölkələrin mövcud təcrübəsi öyrənilib.

Sistem müasir xəstəxana idarəetməsində və digər xəstəxana informasiya sistemlərində mövcud idarəetmə modullarının hamısını, həmçinin, xəstəxanaya müraciət edən pasiyentlər və onların yaxınları üçün məlumat ekranı sistemini özündə birləşdirir. Toxunuşla çalışan şəbəkə köşkü pasiyentlərin görüş almasını və növbə gözləmədən qeydiyyatdan keçməsini təmin edir. Eyni zamanda, "Ağıllı kart" sisteminin tətbiqi vasitəsilə xəstəxana personalının giriş-çıxışına nəzarət edilir. Xəstəxanada istifadə edilən sistemin istifadəçi pəncərəsi sadə, qrafik və standart ekranları ilə proqramın istifadəsini çox asanlaşdırıb.

Proqram tam şəkildə Azərbaycan dilində tərtib olunacağından yerli ehtiyaclara və tələbatlara uyğunlaşdırılacaq. Barkodla mobil qaydada oxuna bilinən "NFC xəstə biləkliyi" və xəstələrin yataqlarının başında quraşdırılmış planşet tipli kompüterlər vasitəsilə hər bir xəstə haqqında məlumatları əlçatandır və müxtəlif əməliyyatlar həyata keçirmək imkanları mövcuddur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR