Sızanaqlardan xilas olmağın asan YOLLARI
Bizi izləyin

Sağlamlıq

Sızanaqlardan xilas olmağın asan YOLLARI

Çivzə və sızanaqlar ən çox narahat edən dəri problemləridir. Hətta bir çoxumuzun əhvalı çox vacib bir görüş, ya harasa getməli olduğumuz gün üzümüzdə çıxan qırmızı sızanaq ucbatından korlanır. Bəs bahalı bir müalicəyə pul vermədən bu problemdən xilas olmaq mümkündürmü? Əlbəttə, mümkündür. Ailem.az sızanaqlarla mübarzə üçün evdə yararlana biləcəyiniz ən təbii və sadə üsulları təqdim edir.

Aspirin iltihab əleyhinə çox təsirli vasitə olduğundan sızanağın qısa zamanda həll olunmasına kömək edir. 3 damla su ilə 1 ədəd aspirini həll edin. Yarım saat üzünüzdə saxlayın. Sonra nazik kağızla silin.

Nəfəs alın. Əgər həyətinizdə su dolu hovuzunuz varsa, dərhal üzməyə gedin. Suyun tərkibindəki xlor dərinizi qurudaraq sızanağın yox olmasına kömək edir.

Aloe Vera dəridəki sızanaqları yox etməklə yanaşı dəri iltihabını və sızanaqların qızartısını da yox edir.

Diş pastası. Əgər böyük sızanağınız varsa və tez bir zamanda xilas olmaq istəyirsizsə, diş pastası köməyinizə yetəcək. Dərinin nəmliyini qoruyub saxlayan silisium maddəsi ilə zəngindir. Yatmadan əvvəl sızanağın üzərinə vurun və səhər durduğunuzda yuyun.

Bal. Dadlı olmaqla yanaşı sızanaqları yox edən təsirli antioksidantdır. Dərinin kirini və ölmüş hüceyrələri təmizləyir. İki qaşıq balı 1 qaşıq darçınla qarışdırıb maska hazırlayın. 10 dəqiqə saxlayıb isti suyla yuyun.

Sarımsaq. Yüksək səviyyəli antioksidan olduğu üçün sızanaqla çox güclü mübarizə aparır. İki yolla istifadə edə bilərsiz. Yeməklərinizə sarımsaq əlavə etmək, ya da sadəcə yeməklə. Yaxud sarımsağı götürüb problemli bölgənizə gün ərzində bir neçə dəfə sürtün. Əgər dəriniz həssadırsa, sarımsağı əzib bir az suyla qarışdırın.

Buxar üzünüzün məsamələrini açaraq tıxanmasının qarşısını alır, eyni zamanda dərinizi nəmləndirir və toksinlərdən təmizləyir.

Çay ağacı yağı antibakterial və antigöbələk xüsusiyyəti ilə sızanaqların həllində istifadə edilir. Sadəcə pambığa batırıb problemli bölgənizə sürtün.

Xiyar iltihab əleyhinə olduğu üçün göz şişkinliklərində daha çox istifadə edilir. Sızanaqlara qarşı istifadə üçün 1 ədəd xiyarı rəndələyib iki qaşıq limon suyu ilə qarışdırın və problemli bölgənizə sürtün. 10-15 dəqiqə saxlayın.

Sızanaqları basmayın! Həmin bölgəni gərginləşdirərək gələcəkdə çapıq yaranmasına səbəb olarsız. Eyni zamanda infeksiyaya yol aça bilər. Bunu qətiyyən etməyin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm