Dərman "nəhəng"indən tərbiyəsiz açıqlama: "Kasıblar üçün deyil" - FOTO
Bizi izləyin

Sağlamlıq

Dərman "nəhəng"indən tərbiyəsiz açıqlama: "Kasıblar üçün deyil" - FOTO

"Xərçəngə qarşı nəzərdə tutulmuş bu preparat 69 min dollara satılacaq"

Dünyanın ən böyük farmasevtika istehsalçılarından biri, Almaniyanın "Bayer" korporasiyasının baş icraçı direktoru, hollandiyalı Marijn Dekkersin son açıqlaması böyük qalmaqal yaradıb.


Milli.Az Bloomberg-ə istinadən bildirir ki, xərçəng xəstəliyinə qarşı "Bayer"in istehsal etdiyi son "Nexavar" preparatından bəhs edən M.Dekkers deyib: "Xərçəngə qarşı nəzərdə tutulmuş bu preparat 69 min dollara satılacaq. Təbii ki, biz bu dərmanı varlılar üçün nəzərdə tutmuşuq. Preparat kasıblar üçün deyil".

Hindistanda "Nexavar"ın lisensiyasız və patentsiz istehsal olunmağa başlamasından dərin narahatlıq keçirdiyini vurğulayan M.Dekkers baş verənləri "əxlaqsızlıq" adlandırıb: "Bu hadisə həm əxlaqsızlıq, həm də oğurluqdur. Dürüst danışmaq, həqiqətləri demək zamanı gəldi. Biz bu dərmanı Hindistan bazarı üçün hazırlamamışıq. "Nexavar" preparatı Qərbdə yaşayan, maddi imkanları yaxşı olan insanlar üçün nəzərdə tutulub".

"Bayer"in hazırladığı "Nexavar"ın satış qiyməti 69 min dollar məbləğində müəyyənləşdirilib. Hindistanda isə bu preparat sadəcə, 177 dollardan satılmağa başlanıb.

Hindistanda "Nexavar"ın analoqunu yerli "Natco Farma Ltd" şirkəti istehsal edir. "Bayer" korporasiyası "Natco"nu məhkəməyə verərək hindistanlıları "oğurluq"da suçlayıb.


Maraqlıdır ki, "69 min dollara satılır" deyilən "Nexavar" ABŞ-da 96 min dollara satışa çıxarılıb.

Beynəlxalq "Sərhədsiz Həkimlər" təşkilatı (Doctors Without Borders) son bəyanatlarından birində bəyan edib ki, dünyanın iri farmasevtika şirkətləri inkişaf etməkdə olan ölkələrin yoxsul əhalisi üçün dərman preparatlarını ucuz qiymətə satmaqdan ən müxtəlif bəhanələrlə imtina edirlər.

"Bayer" şirkəti isə M.Dekkersin sözlərinin təhrif olunduğunu vurğulayıb və bildirib ki, M.Dekkers "“Buffering the Pharma Brand: Restoring Reputation, Rebuilding Trust” konfransında deyib: "Hindistanda bizim preparat lisensiyasız, patentsiz istehsal olunub satılmağa başlanıb. Baş verənlər bizim biznes-modelə ciddi təsir edəcəkmi? Yox, çünki düzünü desəm, biz bu preparatı Hindistan bazarı üçün nəzərdə tutmamışıq. Preparat Qərbdə yaşayan və maddi imkanları yaxşı olan pasiyentlər üçündür. Bu preparat onkoloji vasitə, bahalı dərmandır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm