• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

SOS: "Ebola" virusu Türkiyədə

SOS: "Ebola" virusu Türkiyədə

Türkiyənin Hatay şəhərində qızdırma şikayəti ilə xəstəxanaya müraciət edən şəxs nəzarətə götürülüb.

Axar.az xəbər verir ki, nəzarətə götürülən şəxsdə Ebola virusunun əlamətləri aşkarlanıb. Adı açıqlanmayan şəxsin Afrikada işlədiyi məlum olub. İsgəndərun dövlət xəstəxanasına göndərilən şəxs nəzarət altında saxlanılır. Virusunun yayılmasının qarşısını almaq məqsədilə xəstəxana işçilərinə qoruyucu maskalar paylanılıb.

Qeyd edək ki, virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR