Nəyə görə insanlar intihar edir?
Bizi izləyin

Sağlamlıq

Nəyə görə insanlar intihar edir?

Bir çox insanlar intiharı sosial və psixoloji hadisə hesab edir. Lakin burada bizim ağlımıza gəlməyəcək bir neçə mexanizm mövcuddur.

İntihar insan beynində baş verən bioloji problemlərdən irəli gəlir.

Publika.az intiharın səbəblərini araşdırır.

Bəzi hormonlar intihara gətirib çıxardır
Seratonin. Bədəndə seratonin miqdarı aşağı düşərsə, insan depressiya meyilli olur. Əlbəttə, depressiyaya düşən hər adam intihar etmir. İntihara meyil seratoninin aşağı düşməsi, aqressiya səviyyəsinin qalxması nəticəsində baş verə bilir.

Dopamin. Orqanizimdə dopaminin səviyyəsinin qalxması daha çox özünə ziyan vurmaq kimi aqressiv halların yaranmasına gətirib çıxardır.

Bir sıra qıcıqlandırıcı mikroorqanizimlər intihara səbəb ola bilər:

Toksoplazma qondi. Bu, kiçik mikroorqanizm qıcıqlandırıcı hesab edilir və insanların əksəriyyəti bu orqanizmə yoluxub. Əgər orqanizmdə bu qıcıqlandırıcı varsa, o zaman dopaminin miqdarı qalxır və insanda intihara meyl artır.

Digər səbəblər, o cümlədən şəxslərarası münasibətlər də burada böyük yol oynayır. İnsanlar özlərini tənha hiss etdikdə intihara meyilli olurlar.

Depressiya. Ağır depressiyadan əziyyət çəkən insanların 15 faizi həyatını intiharla sona çatdırır.

Psixi pozğunluq. Şizofreniyadan əziyyət çəkən insanların 10 faizi özünü öldürməklə həyatına son qoyur.

İntihar etmiş insanların zəif və ya güclü olması məqamı sual altındadır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm