Hava proqnozu - 11 sentyabr
Bizi izləyin

Sağlamlıq

Hava proqnozu - 11 sentyabr

Bakıda və Abşeron yarımadasında

Havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, gecəyə doğru havanın tutulacağı gözlənilir.

Şimal-qərb küləyi 15-20 m/s, günün ikinci yarısında 8-13 m/s-dək mülayimləşəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Bakıda gecə 21-23° isti, gündüz 30-32° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı-757 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 40-50 faiz, axşam və gecə 75-80 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25° isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26° isti, Türkan, Hövsan, Şıx, Sahildə 26-27° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında

Gün ərzində hava əsasən yağmursuz olacaq. Qərb küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 32-37° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

Hava əsasən yağmursuz keçəcək. Qərb küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti olacağı gözlənilir.

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Hava əsasən yağmursuz keçəcək. Qərb küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,

Quba, Xaçmaz, Qusar rayonlarında

Hava əsasən yağmursuz olacaq. Qərb küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Hava əsasən yağmursuz olacaq. Qərb küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 15-18 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Hava əsasən yağmursuz keçəcək. Qərb küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 29-34° isti,

dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti olacağı gözlənilir./azertag.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm