Gözlərə qulluğun sirləri
Bizi izləyin

Sağlamlıq

Gözlərə qulluğun sirləri

Göz çevrəsi üzün digər hissələrindən 7 qat daha incədır. Göz çevrəsi digər bölgələrlə müqayisədə istifadə edilən vasitələrə qarşı daha həssasdır. Buna görə də göz çevrəsinə yumşaq toxunuşlarla qulluq etmək lazımdır. Xüsusi ilə göz üçün istehsal olunmuş, gözü qıcıqlandırmayan allergiya yaratmayan kremlərdən istifadə etmək düzgündür.

ANS PRESS-in məlumatına görə, İstifadə etdiyiniz kosmetik vasitələrin Ph dəyərinin göz yaşlarının Ph dəyərindən daha aşağı olması vacibdir. Onu da qeyd edək ki, göz üçün istehsal olunan xüsusi vasitələr dərini təmizləyib, sıxlaşdırma effektinə sahibdir. Belə vasitələr göz çevrəsini zərərli günəş işıqlarından da qoruyur.

Gözləri rahatlaşdıran kiçik masajlar:

Gün ərzində gözlərimiz kompyüter və televizor kimi bir çox şüaya məruz qalır. Bunların mənfi təsirindən gözlərimizi qorumaq üçün kiçik masajlar edə bilərik.

İki əlinizin ovuc hissəsi ilə gözlərinizi yumun amma ovuclarınız gözlərinizə toxunmasın. Göz qapaqlarınızı qaranlıq mühitdə bir müddət bu formada saxlamaq onları rahatlaşdıracaq. Əsasən də kompyüter arxasında işləyənlər tez-tez bu üsuldan istifadə edə bilərlər.

Göz makiyajının xırdalıqları:

Göz makiyajı zamanı vacib olan keyfiyyətli vasitələrdən istifadə etməkdir. Daha sonra isə rənglərin uyğunluğuna çok diqqət etmək lazımdır. Gözəl bir makiyaj gözlərin gözəlliyin daha da qabartmış olacaq.

Qaşlar gözlərə məna qazandırır. Onlara düzgün bir forma verərək, fırça və qələmlə qalınlaşdırmaq gözlərinizin gənc görünməsinə səbəb olacaq. Bunun üçün nazik bir qələmdən istifadə edərək qaşlarınızın istiqamətinə tərəf çəkin. Qaşların gözəl görünməsi üçün onların yuxarıya doğru olması lazımdır. Əgər qaşlarınız gözlərinizə doğru enirsə, bu sizi daha yaşlı göstərəcək.

Göz kölgəsi – göz kölgəsini gözünüzlə eyni rəngdə seçməyin. Tünd rəng gözə sahibsinizsə, mavi, yaşıl, qızılı, sarı, bej tonlarında göz kölgələrindən istifadə edin. Yaşıl gözlülər isə çəhrayı, mavi və qəhvəyi rəngin tonlarından istifadə etməlidir.

Mavi gözlü insanlar isə yaşıl və mavi rənglərdən uzaq durmalıdır. Bunun yerinə qəhvəyi, qızılı, boz rəngin tonlarından istifadə daha düzgündür. Tək bir rəng yerinə bir neçə rəngi qarışdırmaq daha gözəl nəticə verəcək. Hansı rəngləri qarışdıracağınızı bilmirsinizsə, narahat olmağa dəyməz. Çünki makiyaj firmaları bir – biri ilə istifadə edə biləcəyiniz rəngləri eyni qutu içərisində satırlar.

Gözə qələm çəkməyin düzgün forması isə belədir:

Kiçik gözləri böyük göstərmək üçün gözqapağının üstündən qalın bir xətt çəkməlisiniz. Böyük gözlərdə isə qələmi daha incə formada çəkərək yaxşı nəticə əldə edə bilərsiniz. Badam gözlülər isə gözlərinin öz formasını itirmədən əksinə formasını vurğulayaraq qələmi yuxarıya doğru çəkməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm