Sağlamlıq
Günəşdə nəhəng partlayış
Günəşdə nadir görülən nəhənglikdə bir partlayışın səbəb olduğu şiddətli Günəş fırtınası Yerə tərəf gəlir.
Publika.az “Xəbər7”yə istinadən xəbərə görə, bəzi enerji xətlərində, peyklərdə, GPS sistemlərində və radio yayımlarında fasilələr ola biləcəyi bildirilib.
Günəşdəki məlum partlayış bu gün səhərdən etibarən bir neçə gün müddətində Yer kürəsinə təsir edəcək. Partlayış anı NASA-nın Günəş Dinamitləri Müşahidəçi qrupu tərəfindən qeydə alınıb. ABŞ-ın Kolorado ştatındakı Kosmos Hava Proqnozu Mərkəzi mütəxəssisləri hadisənin son bir neçə ildə görülən ən böyük partlayış olduğunu bildiriblər.
Bu miqyasda bir partlayışın pik saatlarda baş verdiyini diqqətə çatdıran mütəxəssislər Günəş fırtınasının insanlara birbaşa ziyan vurmayacağını, radiasiya atmosferini keçə bilmədiyini qeyd ediblər. Amma bu dəfə narahatlıq ona görədir ki, partlayışın gücü və fırtınanın birbaşa Yerə tərəf gəldiyi bildirilir.
Mütəxəssislər manyetik fırtınanın elektrik sistemlərinə təsiretmə potensialına sahib olduğunu qeyd ediblər. Çünki fırtınanın yaydığı elektor-manyetik dalğalar peyklərə zərər verə bilər. Elm adamları Günəşdəki fəaliyyətin 2009-cu ilin martından indiyədək sürətlə artdığını nəzərə çatdırıblar.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO