Alzehmirdən gəzinti ilə xilas olun
Bizi izləyin

Sağlamlıq

Alzehmirdən gəzinti ilə xilas olun

Alimlər hərəkətdə olmağı Alzehmirdən (unutqanlıq) qorunmaq üçün ən vacib amil hesab edir.

Publika.az xarici mətbuata istinadən bildirir ki, Kembridc Universitetində aparılan araşdırma həftədə 3 dəfə, hər dəfə 20 dəqiqə olmaqla piyada gəzməyin Alzehmir riskini azaltdığını ortaya çıxarıb.

Hətta alimlərin fikirinə görə, avtobusdan bir dayanacaq qabaqda düşmək, yolun geri qalanını piyada getmək yaşana biləcək acınacaqlı xəstəliklərin qarşisını almağa kömək edəcək.

Hərəkətsizlik, piylənmə, siqaret çəkmək, yüksək təzyiq, təhsilsiz olmaq da Alzehmir və ağlını itirmək kimi sarsıdıcı xəstəliklərin səbəbi ola bilir. Ancaq ən başlıca səbəb isə az hərəkətdə olmaqdır. Araşdımalara görə, hərəkətdə olmaq beyinə oksigenlə zəngin qan axınını sürətləndirir.

Alimlərin fikrincə, böyüklər həftədə ən az 2 saat ev işləri, bağ işlərilə məşğul olmalıdır. Buna vaxtı olmayanlar həftədə 3 dəfə 20 dəqiqəsini piyada gəzintiyə ayırmalıdı. Bunun sayəsində gələcəkdə yaşana biləcək “ağlın itirilməsi” kimi qorxunc haldan xilas olmaq mümkündür. /ailem.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm