Sağlamlıq
Gecə yeməkdən qaçmanın 12 yolu
Gecəyarısı insana hərdən qəribə aclıq gəlir. Bu zaman
yemək isə artıq piylərin yaranmasına gətirib çıxarır.
Gecə yeməməyin 12 yolunu təqdim edirik:
1. İştahanı aldat
Elə ki acdın, bir stəkan limonlu, qazlı mineral su, tomat şirəsi və
ya bir stəkan yaşıl çay iç.
2. İsti vanna iştahanı yox edir
Aclıq sənə güc gələn kimi isti vanna qəbul et. Tərləmək arıqlama
prosesini gücləndirəcək.
3.İdman toxluq yaradır
Əgər dəhşətli aclıq hiss edirsənsə, yüngülvari idman və ya rəqs et.
Bir neçə dəfə oturub-durmaqla da iştahaya qalib gəlmək olar.
İdmandan sonra yemək ürəkbulanma yaradacaq.
4. Aromaterapiya iştahı tənzimləyir
Pəhriz zamanı həmişə əlaltında qreypfrutun qabığını saxla. Onu
iyləməklə bütün iştahan doyma hissi ilə əvəz olunacaq. Gül və meyvə
efir yağları isə iştahanı tamamilə unutdurur.
5. Dadlı desert əhvalı yüksəldir
Xoşbəxtlik hormonu şirniyyat yeməklə yaranır. Aclıq hiss edəndə
meyvə, yoqurt və ya bir neçə dilim qara şokolad ye.
6. Ədviyyat iştah yaradır
Pəhriz yeməklərinə heç vaxt ədviyyat qarışdırma. Onlar o qədər
iştah yaradır ki, yesən belə, doymayacaqsan.
7. Yüksək kalorili yeməkləri gizlət
Əl altında ancaq doğranmış meyvə-tərəvəz saxla ki, acanda əlini
ancaq az kalorili yeməklərə uzada biləsən.
8. Gəzməklə arıqla
Gəzmək üçün elə vaxt seç ki, qayıdanda artıq yatağa uzana biləsən.
Çünki gəzmək iştah yaradır. Əgər gəzməklə yatmaq arasında boş
vaxtın olsa, mütləq yeyəcəksən.
9.İştahanı saqqızla aldat
2 dilim meyvəli saqqız dad reseptorlarını aldadır və iştahı yox
edir.
10. Dişlərini fırçala
İnsanda belə bir refleks var ki, dişlərini fırçalayandan sonra
yemək olmaz və yatağa girmək lazımdır. Sən də dişləri
çirkləndirməmək üçün yemə.
11. Model şəkilləri arıqladır
Çoxlu model şəkillərinə bax və özünü onlardan biri kimi təsəvvür
et. Heç bu cür gözəl, gecə yemək yeyər?
12. Oxumaq, oxumaq yenə də oxumaq
Gecə jurnal və ya kitab oxumaq beynini yeməkdən uzaqlaşdıracaq. Həm
maariflənəcək, həm də arıqlayacaqsan. (axsam.az)
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu