“Stress şizofreniyaya yol aça bilər”- Psixoloq
Bizi izləyin

Sağlamlıq

“Stress şizofreniyaya yol aça bilər”- Psixoloq

“Həddindən artıq stress normal və sağlam insanda da şizofreniya xəstəliyinə yol aça bilər”.

Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Təhminə Çələbi stressin nələrə səbəb ola biləcəyindən danışarkən deyib.

Psixoloq bildirib ki, şizofreniya xəstəliyi ciddi, irsi olmayan bir xəstəlikdir:

“Əgər valideynlərdə bu xəstəlik varsa, onun uşaqlarda olma ehtimalı elə də çox deyil. Bu xəstəlik 15, bəzən isə 40 yaşında yaranır. Hətta müəyyən bir stress birdən –birə tamamilə sağlam və normal insanda şizofreniyaya yol aça bilər. Xroniki depressiyalar və həddindən artıq stress bu xəstəliyə gətirib çıxarır. Nəticədə hallusinasiya baş verir ki, həmin şəxs səslər eşitməyə başlayır, sanki onun daxilində kimsə var və o idarə olunur. Belə şəxslər yeməkdən imtina edir, evdən bayıra çıxmaq istəmir, başqalarına zərər yetirirlər. Xəstəliyin növləri müxtəlifdir. Bu xəstəliyə səbəb ola biləcək hansısa konkret amil yoxdur. Şizofreniya-şəxsiyyətin parçalanması və şüurun pozulmasına səbəb olan bir xəstəlikdir. Bəzən bu xəstəlik heç gözlənilməyən bir anda çox savadlı birində də baş qaldıra bilər. Buna görə də məsləhət görürəm ki, gündəlik həyatınızda stressdən uzaq durun və sizi nəsə narahat edərsə, onda mütəxəssisə müraciət edin. Əks təqdirdə beyni həddindən artıq yükləmək belə ciddi, sağalmayan xəstəliklərə gətirib çıxara bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm