Sağlamlıq
Ən təhlükəli 7 ev əşyası
Arizona Universitetinin amerikalı mikrobioloqları, evdə olan ən çirkli və təhlükəlli əşyaların adlarını sadalayıblar. Hər birimizin düşündüyü əşyalar arxa planda qalaraq, təəccübə səbəb olan əşyalar ön planda yerləşiblər. Bu siyahıya mikrob və çirkin ən çox yığıldığı 7 ev əşyası daxildir. Beləliklə sizə bu siyahını təqdim edib, gələcəkdə bu əşyaların dezinfeksiyasında daha diqqətli olmanızı tövsiyə edirik...
1. Siyahıda birinci yeri demək olar hər gün mətbəxdə istifadə etdiyimiz taxta lövhələr tutur. Bu lövhədə aşkar olunan mkrobların sayı unitaz oturacağından 200 dəfə çoxdur. Mikrobioloqların tövsiyəsinə görə bu əşyanı istifadə etdikdən sonra qaynar suyla yaxşı yuyub və hökmən qurulamaq lazımdır. Bundan əlavə isə toyuq, ət, balıq, bişmiş tərəvəz, meyvə və çörək üçün ayrı lövhələrdən istifadə etməniz məsləhət görülür.
2. İkinci yerdə bizi təəccübləndirən telefon dəstəyi oldu. Telefon aparatını 2 gündən 1, ilk olaraq nəm sonra isə quru əski ilə mütləq silmək lazımdır.
3. Qabları yumaq üçün süngər. Bu lazımlı əşyanın hər həftə dəyişilməsi məsləhət görülür.
4. Vanna otagının pərdəsi. Onu ayda bir dəfə təzələməyiniz məsləhət görülür.
5. Mətbəx və vanna otaqlarında olan zibil qutuları. Xüsusi dezinfeksiya vasitələri ilə ayda 2 dəfədən az olmamaq şərtilə təmizlənməsi mütləqdir.
6. Qabyuyan maşın. Mikrobların daha çox yığıldığı yer bu əşyanın rezin bərkişmələridir. Rezin yerləri xüsusi dezinfeksiya vasitələri ilə həftədə 1 dəfə təmizləmək lazımdır.
7. Paltaryuyan maşın. Bu əşyanın da rezin bərkişmələri çox təhlükəl sayılıb, xüsusi dezinfeksiya vasitələriylə həftədə 1 dəfə təmizlənməyə vacib sayılır.
Ununtmayın ki, bakteriyalar üçün ideal ocaq yeri nəm və isti mühit sayılır! (saglamolun.az)
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR