Xurmanın sağlamlığa faydaları
Bizi izləyin

Sağlamlıq

Xurmanın sağlamlığa faydaları

Meyvələrin, müxtəlif bitkilərin faydası, bir çox dərdlərə dərman, ən ağır xəstəliklərə şəfa olması barədə tez-tez deyilir, yazılır. Bununla bağlı ən müxtəlif tövsiyyələrin, fikirlərin şahidi oluruq. Belə meyvələrdən biri də bolluq, bərəkət rəmzi olan, süfrələrin bəzəyi sayılan xurmadır. Bunu nəzərə alan Publika.az saytı xurmanın bitki mənşəyi və sağlamlığa fatası barədə maraqlı faktları, məlumatları izləyicilərə, oxuculara təqdim edir.

Xurma (lat - Diospyros) — Ebena-Ebenaceae fəsiləsindən olub, bir sıra subtropik ölkələrdə (Cənubi Asiya, Afrika, Amerika ölkələrində) geniş yayılmışdır. Xurma birtoxumlu, ətirli və şirin dadlı meyvədir. Yetişəndə qırmızı və ya qonur-qırmızı rəng alır. Lət hissəsi şirin və dadlıdır. Xurma ağacı çox məhsuldar bitkidir, onun müxtəlif növləri vardır. Azərbaycanda becərilən xurma (Şərq xurması - Diospyros kaki), əsasən Lənkəran zonasında (Astara, Lənkəran, Masallı), bundan başqa, Göyçay, Ağdaş, Ağdam, Gəncə, Zaqatala rayonlarında becərilir. Şərq xurmasından başqa Azərbaycanda iki növ yabanı xurmaya da rast gəlinir. Bunlar da Qafqaz xurması (Diospyros lotus) və Virgin xurması (Diospyros virginiana) adlanır.

Azərbaycanda becərilən şərq xurmasının tərkibində 13-16% qlükoza və fruktoza şəkəri, 0,8%-ə qədər üzvi turşular, aşı maddələri, karotin, C vitamini və yod birləşmələri olduğuna görə onun mühüm müalicəvi əhəmiyyəti vardır. Şərq xurmasını zəiflik, qanazlığı, vitamin azlığı, xroniki mədə-bağırsaq xəstəlikləri zamanı yedikdə çox faydalıdır. O, həzm prosesinin fəaliyyətini artırır, maddələr mübadiləsini nizama salır, həmçinin triotoksikoz, ürək-damar sistemi xəstəliklərinin müalicəsinə yaxşı təsir göstərir.

Sağlamlığa faydaları

Beyni gücləndirir

Xurmanın insan orqanizminə böyük xeyri var. Xurmada olan fosfor, beynin ehtiyaclarını qarşılayır. Yorğunluğu aradan qaldırır. Xurmanın təsirli olduğu bir başqa sahə də sinir sistemidir. Xurmanın sakitləşdirici bir xüsusiyyəti vardır. Xurmada eyni zamanda B1 və B2 vitaminləri var. Bunlar da zehini və sinir sistemini sakitləşdirir.

  • Öskürəyin ən yaxşı dərmanı

Meyvə olaraq ən yaxşı sinə dərmanı xurmadır. Xurma bəlğəmə, nəfəs borusuna və öskürəyə qarşı istifadə olunur. Xurma, qan damarlarını yumşaldar və damar sərtliyinin qarşısını alar. Ayrıca qanı təmizləyər və təzyiqi də nizamlayar.

  • Xolestrol

Qəhvə və yağ qandakı xolesterolun yüksəlməsinə səbəb olur. Ərəblər bol miqdarda qəhvə içirlər və araşdırmalarda ərəblərdə bu xəstəlikdən əsər olmadığı ortaya çıxmışdır. Bunun səbəbini araşdıran mütəxəssislər, ərəblərin qəhvə və digər içkilərin yanında mütləq xurma yediklərini də öyrənmişlər.

  • Böyrək daşını əridir

Xurma böyrəklərin yuyunmasına yardım göstərir, onların daha yaxşı işləməsini təmin edir. Böyrək iltihabına şəfa verir. Xurmanın suyu böyrək daşlarının parçalanmasında çox faydalıdır. 6-7 ədəd xurma parçalanaraq bir stəkan suya qoyulandan bir neçə saat sonra süzülər və isidilərək gündə iki dəfə içilər. Bu 15 gün edilsə böyrək daşlarını yox edər.

  • Tumunu sovurun

Mütəxəssislər xurmanın aç qarınına yeyilməsini məsləhət görürlər. Həmçinin qabıqlarında və tumunda da bol miqdarda vitamin olduğunu söyləyirlər. Toxumunun da sovurulmasını tövsiyə edirlər.

  • Gözləri qüvvətləndirir

A vitamini ehtiva edən xurma, gözləri qüvvətləndirir. Xurma xüsusilə gecə korluğu və digər göz xəstəklərinin qarşısını alir. Xurma göz sinirlərini qüvvətləndirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm